Qısa məzmun
Superfon Kontent Menecer vəzifəsi üzrə vakansiya elan edir.
Şirkət haqqında:
2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın əksər şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir. Əgər siz də, fəaliyyət sektorunun lideri olan bir şirkətdə öz karyeranızı qurmaq və ya davam etdirmək iştəyirsinizə, sizləri peşakar komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri:
- Layihələrin mahiyyətini anlamaq və reklam mətnlərini yazmaq (reklamın məqsədi, mesajın məzmunu və s.);
- Kampaniya sloqanlarının hazırlanması;
- Müxtəlif formatda (Radio, Tv, Sosial media və s.) reklam mətnlərinin və kontentin yazılması;
- Məhsullar haqqında marketinq kampaniyalarına uyğun təsvir yazmaq;
- Məhsul və xidmətlərin satışyönümlü mətnlərini yazmaq;
Tələblər:
- Ali təhsil (Filologiya, jurnalisika və ya marketinq sahəsində arzuolunandır);
- Azərbaycan dilində səlis danışma və yazma qabiliyyəti;
- İngilis və Rus dilində araşdırma bacarığı;
- Kontent menecer kimi iş təcrübəsi – 2 il;
- Fikirləri fərqli və yaradıcı formada təqdim etmək bacarığı;
- Reklam mətnlərinin hazırlanması təcrübəsi;
- Analitik düşüncə tərzi;
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- Korporativ mobil nömrə.
Əmək haqqı: Bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.
Müraciət qaydaları:
CV-nizi hr@superfon.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Kontent Menecer” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.
Son müraciət tarixi 31.08.2021
Oxşar vakansiya siyahısı:
İctimai Televiziya və Radio Yayımları Şirkəti Efir koordinatoru (təcrübəçi) üzrə vakansiya elan edir. ...