Qısa məzmun
Kibrit Junior Satış nümayəndəsi vəzifəsi üzrə vakansiya elan edir.
- IT və telekommunikasiya sahələrində 21 illik təcrübəyə malik olan, Formula-1, JARA Festivalı və s. kimi tədbirlərin təşkilinə texniki dəstək (proqram təminatı) verən, Binanı İdarəetmə Sistemləri inteqratoru olaraq Crystal Hall, Xəzər TV, Dəniz bulvarı və s. kimi məkanların texniki dəstəyini həyata keçirən, ölkənin həm özəl şirkətlər, həm dövlət qurumlarından bir çoxunda istifadə olunan “Orangeline” əlaqə mərkəzini idarəetmə sisteminin yaradıcısı olan Kibrit.tech şirkəti yeni layihəsinə Satış nümayəndəsi axtarır.
Satış nümayəndəsi olaraq siz Kibrit-də aşağıdakılarla məşğul olacaqsıznız:
- “Lead”lər əsasında hazır skript üzrə telefon üzərindən satış
- Bazarı araşdıraraq potensial müştərilərin tapılmasında iştirak etmək
- Potensial müştərilərlə görüşlər keçirmək
- Satışın sənədləşdirilməsini təşkil etmək
Bu vəzifədə sizdən gözləntilərimiz:
- Yeni məhsulun ilk satış hədəflərinin qoyulmasında iştirak etmək və bu hədəfləri vurmaq
- Şirkətin yeni məhsulunun satış strategiyasının qurulmasında tövhə vermək
- Şəxsi inkişaf, yüksək nəticələr və idarəçilik potensialını göstərərək Satış qrupunun rəhbəri olmaq
Tələb olunan bilik və bacarıqlar:
- Azərbaycan dilində səlis nitq bacarığı
- Rus dili (partnyorlarla ünsiyyət qurmaq və təlim keçmək üçün yetərli səviyyədə)
- Müştəriyə oriyentasiya
- Komandada işləmək bacarığı
- MS Office proqramlarından (xüsusilə, Excel, Word, PowerPoint) sərbəst istifadə bacarığı
Arzu olunan şəxsi keyfiyyətlər:
- Stressə qarşı dözümlük
- Ünsiyyətlilik
- İnandırma qabiliyyəti
- Təşəbbüskarlıq
- Yaradıcı təfəkkür (creative)
- Aktivlik, proaktivlik
- Məqsədyönlülük
- Nəticəyönlülük
- Aşağıdakı keyfiyyətlər/bacarıqlar mütləq deyil, amma varsa, sizi daha çox bəyənəcəyik:
- Telefonla satış və ya tədris sahəsində satış üzrə təcrübə
- İngilis dili
Kibrit-də sizin gələcəyiniz bu cür olacaq:
- Şəxsi inkişaf imkanınız olacaq – daim öyrənəcəksizniz, çox şey öyrənəcəksizniz!
- Bir çox insanın həyatına təsir edəcək, ictimai faydası olan ciddi layihədə iştirak edəcəksiniz.
- Matris tipli qurum strukturunda sərbəst və rahat iş mühitində işləyəcəksizniz.
Şərtlət, əlavə imtiyazlar (Benefits):
- Rəqabətli əməkhaqqı: fiks + satışdan faiz
- Korporativ nömrə
- Azərbaycanın ən yaxşı sığorta şirkətlərin birindən (“A-Qrup Sığorta”) Tibbi sığorta
- Ofisdə nahar yeməyi (şirkətin hesabına), çay/qəhvə
- Fasilələrdə asudə vaxtınızı aktiv keçirmək üçün ofisdə idman və oyunlar (ping-pong, şahmat, trenajor və s.)
Vakansiya ilə maraqlanan şəxslər CV-lərini 22.08.2021 tarixinədək “NPD – Sales Agent” başlığı (subject) ilə hr@kibrit.tech e-mail ünvanına göndərə bilər.
Oxşar vakansiya siyahısı:
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya üzrə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Satış koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
"Smile Tour" MMC promoter ( satış təmsilçisi) vəzifəsi üzrə vakansiya elan edir. ...