Qısa məzmun
AzerFloat Gömrük Bəyannamələri üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
“AzerFloat” Vərəqə Şüşə İstehsalı Zavodu Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşir və Float texnologiyası (isti vannada yayma) əsasında ildə 8 mln. m2 müxtəlif çeşiddə şüşə lövhələr istehsalı ilə məşğuldur.
Vakansiya: Gömrük Bəyannamələri üzrə Mütəxəssis
İş yeri: Azerfloat OPJSC
Vəzifə və Öhdəlikləri:
- İdxal və ixrac olunan malların gömrük rəsmiləşdirilməsi əməliyyatlarının həyata keçirilməsi və gömrük işi sahəsində digər vasitəçilik funksiyalarının yerinə yetirilməsi;
- Azərbaycan Respublikasının gömrük orqanlarına sənədlərin və gömrük rəsmiləşdirilməsi üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi;
- İdxal və ixrac olunan malların marşrut xətti üzrə izlənilməsi və nəzarətdə saxlanılması;
- Gömrük ödənişlərinin və bəyan edilən mallara aid Azərbaycan Respublikasının «Gömrük Məcəlləsi»ndə nəzərdə tutulmuş digər ödənişlərin ödənilməsinin təmin edilməsi;
- Bəyan edilən mallar barəsində səlahiyyətlərə malik olan şəxs qismində gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti üçün zəruri olan digər işlərin yerinə yetirilməsi;
- Azərbaycan Respublikasının gömrük orqanlarını idxal və ixrac olunan malların gömrük buraxılış məntəqələrindən keçirilməsi niyyəti barədə xəbərdar edilməsi;
- Gömrük məqsədləri üçün zəruri olan sənədlərin siyahısının tərtib edilməsi;
- Zəruri hallarda malların müvəqqəti saxlanc anbarlarında yerləşdirilməsi;
- Azərbaycan Respublikasının gömrük orqanlarına sənədlərin və gömrük məqsədləri üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi;
- Gömrük ödənişlərinin düzgün hesablanması.
Tələblər:
- Ali təhsil
- Bu sahədə ən azı 2 il iş təcrübəsi
- Azərbaycan, Rus (yüksək səviyyədə), İngilis dili bilikləri (arzu olunandır)
- Kompüter biliyi – MC Office Proqramları
Xüsusi bacarıqlar:
- Komandada işləmək bacarığı
- Ünsiyyət qurmaq qabiliyyəti
- Problemləri düzgün analiz edəbilmə və planlama bacarığı
- Dəqiqlik, operativlik
- ş şəraiti:
- İş qrafiki: 5 günlük
- İş saatı: 09:00 – 18:00
- Tibbi sığorta
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Müraciətlər: recruitment@azerfloat.az elektron poçt ünvanına göndərilməlidir Zəhmət olmasa, mövzu hissəsində “Gömrük Bəyannamələri üzrə Mütəxəssis” yazıb göndərəsiniz
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...