Çağrı mərkəzi üzrə kiçik mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ferrum Capital Çağrı mərkəzi üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Detallara qarşı diqqətlilik göstərməlidir.

Çağrı mərkəzi üzrə kiçik mütəxəssis

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Çağrı mərkəzi bölməsində Çağrı mərkəzi üzrə kiçik mütəxəssis vakansiyasını elan edir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Kimlər müraciət edə bilər?

  • 21-29 yaş aralığında gənclər

Hansı özəlliklərə malik olmalıdır?

  • Ali təhsil
  • Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür)
  • Səlis və aydın nitq qabiliyyəti
  • Çevik qərarvermə və problem həlletmə
  • Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı

Çağrı mərkəzi üzrə kiçik mütəxəssis nə iş görür?

  • Müştəri məmnuniyyəti ilə bağlı müştərilərə zənglərin edilməsi
  • Daxil olan zənglərin cavablandırılması, müvafiq bölmələrə yönləndirilməsi və qeydiyyatının aparılması
  • Şirkət xidmətləri barədə müraciət edən müştərilərə ətraflı məlumat verilməsi
  • Müştərilərin problemlərinin araşdırılması və müvafiq tədbirlərin görülməsi

Əlavə məlumat:

  • Bazar ertəsi – Cümə: 09:00 – 18:00
  • Şənbə: 10:00 – 14:00
  • Əmək haqqı: 300 AZN + Bonus

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Çağrı mərkəzi üzrə kiçik mütəxəssis” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

Operator – Təcrübə Proqramı

Aznet Technologies QSC - Operator Vəzifəsi üzrə Təcrübə Proqramı elan edir. ...

Aznet Technologies

19.09.2024 - Bakı

Optik məsləhətçi

Focus Optika Optik məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...

Focus Optika

18.09.2024 - Bakı

Çağrı mərkəzi üzrə operator

Domino’s Pizza Azerbaijan Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir ...

Domino’s Pizza Azerbaijan

13.09.2024 - Bakı