Qısa məzmun
Ferrum Capital Rəqəmsal marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Detallara qarşı diqqətlilik göstərməlidir.
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Marketinq bölməsində Rəqəmsal Marketinq üzrə mütəxəssis vakansiyasını elan edir.
Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.
Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.
Kimlər müraciət edə bilər?
• 22-28 yaş aralığında gənclər
• Sahə üzrə ən azı 3 il iş təcrübəsinə malik şəxslər
Hansı özəlliklərə malik olmalıdır?
- Yüksək səviyyədə azərbaycan, rus dili və ingilis dili bacarıqları
- Yüksək şifahi və yazılı ünsiyyət qabiliyyəti
- Kreativ yanaşma
- Analiz etmə və araşdırma qabiliyyəti
Rəqəmsal marketinq üzrə mütəxəssis nə iş görür?
- Şirkətin sosial şəbəkə hesablarının idarəedilməsi
- Sosial şəbəkədə müştərilər tərəfindən daxil olan sorğuların şirkətin adından korporativ etika çərçivəsində cavablandırılması
- Sosial media üçün aylıq post planının hazırlanması
- Təsdiq edilmiş plan əsasında reklamların yerləşdirilməsi və izlənilməsi
- Sosial media postları üçün kontentlərin hazırlanması
- Səhifənin aylıq hesabatlarının hazırlanması
- Görülmüş işlərlə bağlı hesabatların rəhbərliyə təqdim olunması
- Rəqəmsal marketinqdə yeniliklərin araşdırılması və tətbiq edilməsi
- Müştəri yönümlü olması üçün şirkətin rəqəmsal fəaliyyətinin daim optimallaşdırılması
- İstifadəçi davranışının analiz edilməsi
- İnternet səhifəsinin və axtarış motorunun optimallaşdırılması
Əlavə məlumat:
- Bazar ertəsi – Cümə: 09:30 – 18:30
- Şənbə: 10:00 – 14:00
- Əmək haqqı: 500-700 AZN
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Rəqəmsal Marketinq mütəxəssisi” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Oxşar vakansiya siyahısı:
Kepro Estetik Klinika SMM mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Hava Yolları QSC Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Ram Solutions MMC Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edur. ...