Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azersun Holding Baş Energetik vəzifəsi üzrə vakansiya elan edir. Microsoft Office proqramlarını bilməlidir.
Namizədə aid tələblər:
- Ali təhsili;
- Müəssisənin profilinə uyğun rəhbər və mühəndis-texniki vəzifələrdə ən azı 5 il iş təcrübəsi;
- Microsoft Office proqramlarını bilməli;
- Müəssisənin enerji təchizatının təşkilini, elektrik avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini və onların istismarı qaydasını;
- Əməyin elmi təşkili tələblərini, istehsalatın, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını bilməlidir.;
- İdarəetmə qabiliyyəti, ünsiyyət qabiliyyəti və qərar vermə bacarığı olmalı.
İş təcrübəsi aşağıdakı sahələri əhatə edən namizədlərə üstünlük veriləcək:
- Yüksək və alçaq gərginlik, stansiya və yarımstansiyaları və bu sahəyə aid olan avadanlıq və qurğuları və mühafizə sistemlərini əhatə edən iş təcrübəsi,
- Elektrik təchizat üçün ( yüksək və alçaq) hava və yeraltı veriliş xətləri,onların qurulması, istismarı və təmiri sahələrində iş təcrübəsi,
- Alternativ enerji təchizatı üzrə avadanlıq və qurğuları əhatə edən iş təcrübəsi,
- Binaların, ofislərin və yaşayış sahələrində elektrik təchizatı ilə bağlı təcrübi biliklər,
- Su təchizatı, su təmizləmə, filtrasiya qurğuları, nasos stansiyaları, və pivot suvarmanı əhatə edən elektrik təchizatı ilə bağlı təcrübi biliklər,
- Bu sahələrdə istifadə edilən qurğular (mühərriklər, ventillər və s) güc və idarəetmə dövrələri müasir texnologiyaların tətbiqi ilə bağlı təcrübə,
- Kənd Təsərrufatı texnikasına bağlı elektrik qurğuları ilə bağlı iş təcrübəsi,
- Heyvandarlıq sahəsinə bağlı qurğularla bağlı təcrübi biliklər
İş haqqında məlumat:
- Elektrik avadanlıqlarının fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını, qənaət rejiminə riayət etməklə enerji ehtiyatlarından səmərəli istifadə olunmasını təmin edir,
- Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir.,
- Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik edir,
- Texnoloji avadanlıqlarının elektrik hissələrinin, şəbəkənin təmirinin və istismarını təmin etmək
- Enerji qurğularının və enerji avadanlıqlarının əsaslı təmirini təmin etmək,
- Elektrik xətlərinin montaj etmək və təmir işlərini həyata keçirmək,
- Tabeliyində olan işçilərin işlərini təşkil etmək və onlara nəzarət etmək,
- Kənd Təsərrüfatı sahəsındə elektrik xətlərində yaranan bütün nasazlıqları vaxtında aradan qaldırmaq,
- Yeni quraşdırılan pivot, nasosxana qurğularına elektrık xəttlərinin çəkilməsi, yararnan nasazlığın aradan qaldırılması təlimatlarını vermək və işə ümumi nəzarət etmək.
İş yeri: Hacıqabul rayonu “Padarçöl Kənd Təsərrüfatı”
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Baş Energetik”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Oxşar vakansiya siyahısı:
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...