Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Kapital Bank Qiymətləndirmə və Motivasiya şöbəsinin baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər:
- Bankın Qiymətləndirmə siyasətinin və karyera inkişafı üzrə qaydaların təkmilləşdirilməsi;
- Bank əməkdaşlarının iş fəaliyyətinin dəyərləndirilməsi və dəyərləndirmə nəticələrinə əsasən mükafatların ödənilməsinin təmin edilməsi;
- Bank əməkdaşlarının iş fəaliyyəti ilə bağlı analizlərin aparılması;
- Əməkdaşların karyera inkişafı ilə bağlı qiymətləndirilmələrin aparılmasının təmin edilməsi;
- Bankdaxili motivasiyanın ölçülməsi və müvafiq motivasiya istiqamətlərinin müəyyən edilməsi;
- Bankda qeyri-maddi motivasiya üzrə tədbirlərin və komanda quruculuğu layihələrinin təşkil edilməsi;
- Maddi və qeyri-maddi motivasiya sisteminin təkmilləşdirilməsi.
Tələblər:
- Ali təhsil;
- Sahə üzrə 4 ildən artıq iş təcrübəsi;
- Rus və ingilis dili bilikləri;
- Analitik düşünmə və yüksək təhliletmə qabiliyyəti;
- Komandada işləmə bacarığı;
- Dəqiqlik, detallara qarşı diqqətlilik.
CV-lərinizi, mövzu hissəsində “Qiymətləndirmə və Motivasiya şöbəsinin baş mütəxəssisi” qeyd etməklə recruitment@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...