Qısa məzmun
Ə/h 1200-1500 AZN. Dad Catering and Support Services Mətbəx meneceri vəzifəsi üzrə vakansiya elan edir. Microsoft Office proqramlarını bilməlidir.
İş barədə məlumat:
- Hazırlanan yeməklərin qida standartlarına, keyfiyyətinə və reseptlərə uyğun hazırlanmasına nəzarət
- Yeməklərin hazırlanması zamanı istifadə olunan ərzaq məhsullarının keyfiyyətinə nəzarət
- Hazırlanan yeməklər barədə gələn narazılıqların araşdırılmasında və problemin həllində iştrak etmək
- Sifarişçilərlə mütəmadi olaraq əlaqə saxlayıb həftəlik menyular tərtib etmək və maya dəyəri (kalkulyasiya) hesablamaq
- Hazırlanmış menyuların təşkilatdaxili müvafiq şöbələrə çatdırılmasını təmin etmək
- Yeməklərin menyu əsasında hazırlanmasına nəzarət etmək
- Göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə qoruyub saxlamaq məqsədilə xüsusi təlimat hazırlamaq və düzgün iş bölgüsü aparmaq
- Aşpaz və yadımçı heyət də daxil omaqla yeni işçi qəbul etmək, onları təlimatlandırmaq və istiqamətləndirmək
- Əmək və nizam-intizam qaydalarına riayət etmək
- İstehsal prosesində sanitariya və gigiyena qaydalarına riayət etmək və işçilər tərəfindən də riayət edilməsinə nəzarət
- Yaranmış problemlərin həlli ilə əlaqədar lazımi tədbirlər görmək və vəzifəsinin icrası ilə bağlı verilən digər tapşırıqları da yerinə yetirmək
- İş qrafiki həftədə 6 gün, 1 gün istirahət
- İş saatları: 08:00-dan 17:00-dək
- Nahar şirkət tərəfindən verilir
Namizədə tələblər:
- Yaş: 30-50
- Ali təhsil (qida mühəndisliyi, idarəetmə)
- Microsoft Office proqramlarını bilməli
- Catering sahəsində 5 ildən çox təcrübəsi olmalı
- Qida təhlükəsizliyi və idarəetmə sistemləri (İSO 22000:2005, HACCP) mövzusunda məlumatlı olmalı
- Ətrafdakılarla münasibət qurmaq və yarana biləcək problemləri həll etmək qabiliyyətinə malik olmalı
- İş saatlarında çevik olmalı, dəqiq və səmərəli işləməyi bacarmalıdır