Layihə Meneceri 
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

TÜV Austria Azərbaycan Layihə Meneceri vəzifəsi üzrə vakansiya elan edir.

“TÜV Austria Azərbaycan” MMC hazırda Layihə Meneceri vəzifəsi üzrə işçi qəbulu elan edir.

Vəzifə təlimatları:

  • Təsdiqlənmiş layihələrin layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ sənədlərə uyğunluğunun təmin edilməsi
  • Tikinti prosesi zamanı yerli və beynəlxalq standartların izlənilməsi
  • İcra olunan inşaat layihələrini nəzarətdə saxlamaq (istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş materialların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət edilməsi);
  • Layihə üzrə tikinti prosesləri planının, iş qrafikinin və ümumi iş həcminin müəyyən olunması, layihə zamanı iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədlərin tərtib olunması;
  • Layihələrin təqvim planı üzrə icrası, vaxtında və keyfiyyətlə tamamlanması və təhvil verilməsinə görə cavabdehlik daşıması;
  • Layihə-smeta sənədlərini və tapşırıqları tərtib etmək, layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək, müvafiq inşaat hesabatların və cədvəllərini tərtib etmək;
  • Layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflər hazırlamaq;
  • Layihədəki büdcə risklərini təhlil etmək;
  • Sahələrdə tabeçiliyində olan iş icraçıları tərəfindən hazırlanmış texniki hesabatların təsdiq olunması və baş ofisə təqdim edilməsi;
  • Tikinti layihəsinə cəlb edilmiş subpodratçı şirkətlərin və Şirkət daxili əmək qüvvəsinin işlərinin koordinasiyasının təşkil olunması;
  • Başa çatmış inşaat layihələrin təhvil-təslimində iştirak etmək;
  • Memarlıq dizayn nəzarəti
  • Müştəri ilə iclaslarda iştirak etmək, problemlərin aradan qaldırılmasına köməklik göstərmək
  • Layihələrin həftəlik hesabatlarını hazırlamaq
  • Sahə inspeksiyalarında iştirak etmək

Vəzifəyə dair tələblər:

  • İnşaat mühəndisliyi üzrə ali təhsil
  • Layihələrin idarə olunması üzrə sertifikatlar (SSCP və NACE sertifikatı olanlara üstünlük verilir)
  • İnşaat layihələrinin icrası üzrə, inşaat mühəndisi və ya inşaat sektorunda rəhbər vəzifədə ən azı 10 illik iş təcrübəsinə malik olmalı;
  • Azərbaycan və İngilis dillərini səlis bilmək (Rus dili namizəd üçün əlavə üstünlükdür.)
  • İT biliklər: MS office (Project, Outlook, Word, Excel), proqramlarında işləmə bacarığı. Digər proqramlar namizəd üçün üstünlükdür

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: Həftənin 5 günü: 09:00-dan 18:00-dək
  • Şənbə və bazar qeyri iş günüdür
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Sınaq müddəti 3 ay;

CV leyla.habibova@tuv-az.com  e-ünvanına göndərə bilərsiniz. Müraciət etdiyiniz vəzifənin adını electron məktubunuzun mövzu hissəsində (Layihə Meneceri) qeyd etməyinizi xahiş edirik.

Oxşar vakansiya siyahısı:

Baş mexanik

Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

14.11.2024 - Xırdalan

Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi )

Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

07.11.2024 - Hacıqabul

Texniki şöbənin Rəhbəri

CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...

CONCO Engeneering

07.11.2024 - Bakı

Memarlıq üzrə təcrübəçi

PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...

PASHA Property Management

31.10.2024 - Bakı

1500₼
Laçın ərazisi üzrə koordinator

Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...

Aznet Technologies

30.10.2024 - Bakı