Baş aşpaz
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 1000-1500 AZN. Lunchef catering MMC Baş Aşpaz vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

  • Ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə
  • Ona tabe işçilər üçün icrası məcburi olan sərəncamlar vermək
  • Öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativhüquqi aktların tələblərinin vaxtında və müvafiq qaydada yerinə yetirilməsinə
  • Material, maliyyə və kadr ehtiyatlarından səmərəli və effektiv istifadə edilməsinə
  • Daxili intizam qaydalarına, sanitariya və epidemiyaəleyhinə rejimə, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikasına riayət edilməsinə
  • Mövcud normativ-hüquqi aktlarla nəzərdə tutulmuş sənədləşdirmənin aparılmasına
  • Öz fəaliyyəti üzrə statistik və digər məlumatların müəyyən olunmuş qaydada təqdim edilməsinə
  • Ona tabe işçilər tərəfindən nizam-intizam qaydalarına riayət edilməsi və vəzifə öhdəliklərinin yerinə yetirilməsinə
  • Fövqəladə hallarda işə hazırlığa görə məsuliyyət daşıyır
  • Baş aşpaz əmək intizamının, qanunvericilik və normativ-hüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər
  • Sanitariya qaydalarına yüksək səviyyədə riayət etmək və mətbəxdə çalışan işçilərin standartlara riayət etdiyinə əmin olmaq məqsədilə təchiz edilən ərzağı, istifadə olunan avadanlıqları və mətbəxi daima təftiş etmək

Namizədə tələblər:

  • Qida ilə bağlı dövlət və qeyri dövlət orqanlarının ümumi qidalanmanın təşkilinə dair qərarları, sərəncamları, əmrləri və digər və normativ sənədlərini
  • AQTA və HACCP sistemini istehsalatın təşkili və texnologiyasını
  • Yeməklərin və kulinariya məmulatlarının çeşidlərini və keyfiyyətinə tələbləri
  • Rasional və diyetik qidalanmanın əsaslarını
  •  Menyunun tərtib edilməsi və onun qaydalarını
  • Məhsulların uçotu qaydalarını və verilməsinin normalarını
  • Xammal və yarımfabrikatların sərfi normalarını
  • Ərzaq məhsullarının, xammalın və yarımfabrikatların standartları və texniki şərtləri
  • Hazır məhsulların, xammalın və yarımfabrikatların saxlanılmasının qayda və müddətlərini
  • Texnoloji avadanlığın növləri, iş prinsipləri, texniki xarakteristikası və onun istismarı şərtlərini
  • Mövcud daxili rejim qaydalarını
  • Ümumi qidalanmanın iqtisadiyyatını
  • Əməyin təşkilinin əsaslarını, əmək qanunvericiliyinin əsaslarını, daxili əmək intizamı qaydalarını, əməyin mühafizəsinin norma və qaydalarını bilməlidir
  • Baş aşpaz öz sahəsi üzrə müəssisənin istehsalat-təsərrüfat fəaliyyətinə rəhbərliyi həyata keçirir
  • İstehsalat prosesinin təşkilinin təkmilləşdirilməsi, texnikanın effektiv istifadəsi, buraxılan məhsulun keyfiyyətinin yüksəldilməsi məqsədi ilə işçilərin peşəkar ustalığının
  • tırılması üzrə işi aparır
  • Lazım olan ərzaq malları, xammal və yarımfabrikatlar üçün sifarişləri tərtib edir, onların baza və anbarlardan vaxtında alınmasını təmin edir, çeşidlərə, onların sayına, daxil olma və həyata keçirilmə müddətlərinə nəzarət edir
  • İstehlakçıların istəklərinin öyrənilməsi əsasında çeşidləri tərtib edir, onların və kulinariya məmulatlarının rəngarəngliyini təmin edir
  • Qidanın hazırlanması texnologiyasına, xammal normalarına daimi nəzarəti həyata keçirir
  • Aşpazların və digər işçilərin yerləşdirilməsini həyata keçirir, onların işə çıxmalarının cədvəlini tərtib edir
  • İstehsalat fəaliyyəti, əməyin qabaqcıl yolları və metodlarının tətbiqi barədə uçotu, hesabatların tərtibini və vaxtında təqdim olunmasını təşkil edir.
  • Avadanlığın və başqa vasitələrin düzgün istismarına nəzarət edir
  • Qidanın hazırlanması texnologiyası və digər istehsalat məsələləri üzrə təlimatlandırma aparır
  • İşçilər tərəfindən əməyin mühafizəsinin qayda və normalarına, sanitar tələblərə və şəxsi gigiyena qaydalarına, istehsalat və əmək intizamına, daxili əmək intizamı qaydalarına riayət olunmasına nəzarət edir
  • Fərqlənən işçilərin təltif və ya istehsalat və əmək intizamını pozanların tənbeh edilməsi haqqında təkliflər verir
  • İşçilərin ixtisaslarının artırılması üzrə işə rəhbərlik edir
  • Göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə qoruyub saxlamaq məqsədilə xüsusi təlimat hazırlamaq və düzgün iş bölgüsü aparmaq
  • Müştərilərin sifarişinin düzgün yerinə yetirilməsi məqsədilə planlaşmanı, büdcəni və ərzağın alınması prosesini tənzimləmək

 

Oxşar vakansiya siyahısı:

450₼
Qabyuyan

1st Fitness mərkəzi “Qabyuyan” vəzifəsinə vakansiya elan edir ...

1st Fitness

18.11.2024 - Bakı

500₼
Fəhlə

Mətanət A Fəhlə üzrə vakansiya elan edir. ...

Mətanət A

14.11.2024 - Bakı

Aşpaz

Maple Trading şirkəti Aşpaz vəzifəsi üzrə vakansiya elan edir. ...

Maple Trading şirkəti

07.11.2024 - Bakı

500 — 800 ₼
Fəhlə

İİnci Group Of Commpanies Fəhlə vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

07.11.2024 - Bakı

Fəhlə

Maple Trading şirkəti Fəhlə üzrə vakansiya elan edir. ...

Maple Trading şirkəti

05.11.2024 - Bakı