Marketinq üzrə menecer
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

LİBRAFF MMC Marketinq üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin uğurlu inkişafı üçün marketinq siyasətini qurub həyata keçirmək, şirkət üçün uzunmüddətli inkişaf strategiyasını hazırlamaq; təhlillər əsasında şirkətin güclü və zəif tərəflərini müəyyən etmək;
  • Biznesin inkişafı istiqamətində bazarı daim təhlil etmək, rəqib şirkətlərin fəaliyyət strategiyasını izləmək;
  • Şirkətin hədəf auditoriyasını təhlil etmək;
  • Müştəri bazasını möhkəmləndirmək və genişləndirmək;
  • Şirkətin (LIBRAFF və STORİES COFFEE üzrə) xidmət sistemini təkmilləşdirmək üçün təkliflər irəli sürmək;
  • Marketinq kampaniyalarının, aksiyaların və tədbirlərin keçirilməsi istiqamətində aylıq fəaliyyət planlarını hazırlamaq;
  • Problemli məhsullarla bağlı tədbirlər görmək;
  • Filiallarda vizual dizayna nəzarət etmək, mağaza və kafe vitrinlərini, mağaza daxilini (interyeri) müştəri və şirkətin maraqlarına uyğun olaraq təkmilləşdirmək;
  •  Şirkətin tanıdılması istiqamətində fəaliyyət planını hazırlamaq;
  • Şirkətlə bağlı yayılan və dərc olunan məlumatları,“press reliz”ləri, KİV və sosial medianı daim nəzarətdə saxlamaq;
  • Marketinq komandasını idarə etmək;
  • Şirkətin hədəflərini, mövqeyini nəzərə almaqla SMM və PR strategiyasını müəyyən etmək, komandanı bu strategiyaya uyğun istiqamətləndirmək;
  • Şirkətin rəsmi saytını daim nəzarətdə saxlamaq və təkmilləşdirmək.

Əsas tələblər:

  • marketinq sahəsində rəhbər vəzifədə azı 3(üç) il iş təcrübəsi;
  • marketinq, menecment və yaxud yaxın sahə üzrə ali təhsil;
  • marketinqin əsasları üzrə bilik və bacarıqlar;
  • analiz etmək qabiliyyəti;
  • yüksək şifahi və yazılı komunikasiya bacarığı;
  • peşakar idarəetmə bacarığı;
  • düzgün planlaşdırma və vaxtını idarə etmə bacarığı;
  • kreativlik və yaradıcılıq

İş haqqında:

  • Qrafik: həftənin beş iş günü, istirahət günləri həftənin şənbə və bazar günləridir,
    Nahar: şirkət tərəfindən təmin olunur
    İş yeri: “Pullman” otel, M.Müşfiq küç.1C
    Sınaq müddətindən sonra şirkətin məhsullarına endirim tətbiq olunur

Şirkət haqqında:

2017-ci ildə təsis olunmuş “LIBRAFF” qısa bir zaman ərzində Azərbaycan kitab ticarəti sahəsində bir brend kimi təqdir olunan ən böyük modern kitab mağazaları şəbəkəsidir. Şirkət Bakı şəhərində 5, Gəncədə 1 mağaza ilə təmsil olunur. Oxucular aldıqları kitabları mağazalarda fəaliyyət göstərən “STORIES COFFEE” kafe şəbəkəsinin xidmətlərindən faydalanaraq rahat mütaliə edə bilirlər.

Müraciət üçün e-mail: human.resources@libraff.az

Qeyd: müraciət zamanı mövzu başlığında vakansiyanın adını və e-mailda minimal gözlənilən əmək haqqını qeyd etmək tövsiyyə olunur.

Oxşar vakansiya siyahısı:

Məhsul üzrə menecer

Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

17.02.2025 - Bakı