Qısa məzmun
Ə/h razılaşma yolu ilə. ADY Express Kargüzar vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər:
- Şirkətə daxil olan sənədləri qəbul etmək, qeydə almaq, rəhbərliyin dərkanarına təqdim etmək və dərkanara müvafiq surətdə aidiyyati üzrə bölüşdürmək və icraçılara çatdırmaq;
- Xidməti sənədlərin mühafizəsini təmin etmək;
- Şirkətin daxili sənədlərinin və müqavilələrin razılaşdırılmasını həyata keçirmək;
- Sənədlərin arxivləşdirilməsini təmin etmək;
- Müqavilələrin, məktubların və sənədlərin qeydiyyatını aparmaq;
- Xaric olan məktubları müvafiq qaydada qeydiyyata almaq, göndərilməsini təşkil etmək;
- Birbaşa rəhbərin tapşırıqlarını yerinə yetirmək.
Tələblər:
- Ali təhsil (humanitar sahəni bitirənlərə üstünlük verilir);
- Azərbaycan dilində sərbəst danışıq və qrammatik cəhətdən düzgün yazma bacarığı;
- Microsoft Office proqram təminatından istifadə qabiliyyəti (xüsusilə Word);
- Tez mənimsəmə qabiliyyəti, öyrənmək və özünü inkişaf etdirməyə meyllilik;
- İş təcrübəsinin olması vacib deyil.
Xahiş olunur CV-lərinizi 20 Sentyabr 2021-ci il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “Kargüzar” qeyd etməklə HR@adyexpress.az adresinə göndərəsiniz.
Xahiş edirik, nəzərə alasınız ki, yalnız seçilən namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...