Qısa məzmun
Grand-Agro LLC İstehsal üzrə operator vəzifəsi üzrə vakansiya elan edir.
Grand Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin strategiyasında yağ istehsalı zavodunun tikintisi və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.
Vakansiya – İstehsal üzrə Operator
Vəzifə öhdəlikləri:
- Zeytun meyvəsinin qəbuluna və bunkerə yerləşdirilməsinə nəzarət etmək
- İstehsala başladığı andan etibarən müntəzəm məhsulun istehsal prosesinə nəzarət etmək
- İstehsal davam edən xətdəki maşın (ZEZ, Malaksir, Dekanter, Seperator, filtirləmə) və köməkçi avadanlıqların işləməsini izləmək
- İstehsal olunan məhsulların dad və qoxusunu, orqanoleptik xüsusiyyətlərini davamlı olaraq nəzarətdə saxlamaq
- Hazır məhsuldan analiz vermək, uyğun nəticədən sonra məhsulu təyin edilmiş tanklara göndərmək
- Zeytun meyvəsindən ayrılan küspesi və suyunun uyğun yerə atılmasına nəzarət etmək
- İstehsal xəttindəki maşınlarında sadə mexaniki nizamlamalar işlərini etməli
- İstehsal prosesinin lazımı məlumatlarını uygun formlara işləmək
- İstehsal xəttində çalışan işçilərin iş prosesinə davamlı nəzarət etmək, maşın və avadanlıqların təyin edilmiş məhsuldarlıqda çalışmasını nəzarətdə saxlamaq
- İşlədiyi sahənin, istifadə etdiyi avadanlıqların və istehsal xəttinin təmiz tutulmasını təmin etmək
- Aparata və köməkçi avadanlıqlara gələn hava, buxar təzyiqini davamlı olaraq yoxlamaq
- İstehsal xəttində uyğunsuzluga yol verməmək, uyğunsuzluq baş verdiyi zaman lazımı şəxslərə məlumat vermək və istehsal xəttini saxlamaq
- Dolmuş və dolmaqda olan tankları azot qazı altında saxlamaq
- Sahə rəisinin və İstehsalat mühəndisinin verdiyi tapşırıqları vaxtında, düzgün və səliqəli şəkildə yerinə yetirmək
Tələblər:
- Peşə məktəbi və ya Orta ixtisas təhsili (Qida istehsalatı)
- Avtomatik, elektron və mexaniki cihazların xüsusiyyətlərini və iş prinsplərini barədə biliklər
- İstehsalın texnoloji, keyfiyyət ve istehsal qəbul-imtina qaydalarını barədə biliklər
- Azərbaycan Dili – ana dili
- Komanda şəklində işləmə bacarığı
- Microsoft Ofiice proqramları (orta səviyyədə)
İş şəraiti:
- İş yeri – Türkan əməliyyat ofisi
- İş qrafiki: həftənin 5 günü, saat 08:00-dan 17:00-dək
- Nahar Şirkət tərəfindən verilir.
- Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə
Müraciət üçün aşağıdakı linkə daxil olmağınız xahiş olunur.
https://jobs.talhunt.az/grandagro/596-istehsal+uzre+operator
Oxşar vakansiya siyahısı:
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...