Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Modenis LLC eManat IT təhlükəsizlik inzibatçısı – Aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Şirkətin informasiya təhlükəsizliyi üzrə siyasətlərinin tətbiqi üzrə informasiya sistemlərinin müdafiəsi üsullarının araşdırılması və təhlükəsizlik tədbirlərinin tətbiqi;
- Şirkətin IT təhlükəsizlik sistemlərinin (Firewall, End Point Protection, DLP, SIEM, WAF, Access Control, və s.) qurulması, sınaqdan keçirilməsi, sazlanması, idarə edilməsi, təkmilləşdirilməsi və texniki dəstək göstərilməsi;
- Şirkətin İnformasiya Sistemlərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təhlükəsizlik tədbirlərinin hazırlanması və tətbiqinə nəzarət edilməsi;
- İnformasiya sistemlərinin əlçatanlığı, tamlığı və konfidensiallığını təmin etmək məqsədilə monitorinq sistemlərinin qurulması, sınaqdan keçirilməsi, sazlanması, idarə edilməsi, təkmilləşdirilməsi və texniki dəstək göstərilməsi;
- İnformasiya sistemlərinin zəifliklərinin və onlara qarşı olan təhlükələrin aşkar olunması və təhlili, bunların qarşısını almaq üçün tədbirlərin həyata keçirilməsində ələblərin irəli sürülməsi;
- IT aktivlərinin dövrünün bütün mərhələlərində (layihələndirilməsi, hazırlanması, tətbiqi, sınaqdan keçirilməsi, qəbulu, istismarı və istismardan çıxarılması) informasiya təhlükəsizliyinin təmin olunması məsələləri üzrə texniki təhlükəsizlik tələblərinin irəli sürülməsi;
- İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, təhlili və onların təhqiqatının aparılması və icrasında həll yollarının tərtib olunması;
Texniki tələblər:
- Kompüter Elmləri, İnformasiya Sistemləri üzrə bakalavr və ya magistr dərəcəsi (üstünlük verilir)
- Sistem, Şəbəkə və IT Təhlükəsizlik sistemlərinin inzibatçılığı üzrə 3 ildən çox iş təcrübəsi
- Firewall təhlükəsizlik sistemləri (PaloAlto, Fortinet, Cisco üstünlük veriləndir) və VPN texnologiyası üzrə texniki biliklər və iş təcrübəsi
- Zəifliklərin idarə edilməsi (Vulnerability Assessment) sistemləri (Nessus, Netwrix və s.) üzrə texniki biliklər və iş təcrübəsi
- End Point Protection Sistemlərinin (Kaspersky, Symantec, və s.) idarə edilməsi üzrə texniki biliklər və iş təcrübəsi
- LİNUX, Windows, Vmware, MS Hyper-v, MS Exchange, Office 365, Bulud texnologiyaları (Azure, AWS və s.), şəbəkə texnologiyaları və avadanlıqları (switch, router), Backup sistemləri, və s. üzrə və onların təhlükəsizliyinin təmin edilməsi üzrə texniki biliklər və iş təcrübəsi
- İngilis və Rus dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması)
Bacarıqlar:
- Sənədləri tərtib etmə və işləmə qabiliyyəti
- Problemin araşdırılması ilə əlaqədar dəstəkçi şirkətlə ünsiyyət qurmaq bacarığı
- Proqram təminatı və avadanlıqda nöqsanların aşkarlanması və aradan qaldırlması üzrə bacarıq
- İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsi üzrə bacarıq
- Analitik təhlil bacarığı
- Komanda şəklində işləmə bacarığı
- Daimi olaraq yeni IT biliklərinin mənimsənilməsi bacarığı və yeniliyə həvəsli olmağı
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi cv@emanat.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “IT təhlükəsizlik inzibatçısı – Aparıcı mütəxəssis” yazılmalıdır.
Oxşar vakansiya siyahısı:
We are looking for a Frontend Developer to join our dynamic and globally expanding startup. Requirements: Programming Language: Typescript Technologies: HTML5, CSS, SCSS, ...
Kontakt Home QA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası İT mütəxəssisi vəzifəsi üzrə vakansiyasi elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...