Baş aşpaz
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

TAİS-İKF MMC Baş aşpaz vəzifəsi üzrə vakansiya elan edir.

Öhdəliklər:

  • Gündəlik menyunu tərtib etmək, mətbəxdə çalışan işçiləri idarə etmək və iş bölgüsü aparmaq.
  • Ünsiyyət qurma bacarığı; büdcənin tərtib etmək və ona nəzarət etmək.
  • Gərgin vaxt məhdudiyyətli iş rejimində işləmək bacarığı.

İşin funksiyaları:

  • Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək.
  • Lazım olan ərzağın miqdarını və dəyərini hesablamaq, onun vaxtında çadırılmasına və tələb olunan standarta cavab verməsinə nəzarət etmək.
  • Sanitariya qaydalarına yüksək səviyyədə riayət etmək və mətbəxdə çalışan işçilərin standartlara riayət etdiyinə əmin olmaq məqsədilə təchiz edilən ərzağı, istifadə olunan avadanlıqları və mətbəxi daima təftiş etmək.
  • Xüsusi tədbirlərin sifarişi zamanı müştəri ilə görüşüb menyu hazırlamaq və tələb olunan ərzağın miqdarı barədə hesabat hazırlamaq.
  • Aşbazları və mətbəxdə çalışan digər işçiləri daima təlimatlandırmaq, yemək hazırlamaq sahəsində olan yenilikləri və həmçinin yeni avadanlıqlardan istifadə qaydalarını onlara nümayiş etdirmək.
  • Göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə qoruyub saxlamaq məqsədilə xüsusi təlimat hazırlamaq və düzgün iş bölgüsü aparmaq.
  • Digər işçilərlə birlikdə ilin fəslindən və tələb olunan ədvəların mövcudluğundan asılı olaraq resept və menyu hazırlamaq.
  • Aşbaz və yardımçı heyət də daxil olmaqla yeni işçi qəbul etmək, onları təlimatlandırmaq və istiqamətləndirmək.
  • Qiyməti müəyyənləşdirmək və müvafiq ərzaq sifariş etmək üçün satışa cavabdeh məsul şəxslə mütəmadi görüşmək.
  • Müştərilərin sifarişinin düzgün yerinə yetirilməsi məqsədilə planlaşmanı, büdcəni və ərzağın alınması prosesini tənzimləmək.
  • Komanda şəklində özündən yuxarı vəzifədə olan idarəedici və digər həmkarları ilə yaxından əməkdaşlıq etmək.

Müraciət qaydaları:

Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV info@tais-ikf.az elektron poçtuna göndərməlidir. Elektron poçtu müraciətinizin mövzusu bölməsində müraciət etdiyiniz vəzifənin adını göstərməyiniz xahiş olunur. Yalnız yuxarıdakı meyarlara uyğun gələn namizədlər müsabiqənin növbəti mərhələsinə keçmə şansı qazanacaq.

Oxşar vakansiya siyahısı:

Ofisiant 

Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...

Zivar Restoranı

07.11.2024 - Bakı

Restoran meneceri/Administrator

Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...

Zivar Restoranı

07.11.2024 - Bakı