Qısa məzmun
Social Lab Agency Kreativ Kopirayter vəzifəsi üzrə vakansiya elan edir.
Namizəddən tələblər:
- Azərbaycan dilində səlis danışma və yazma bacarığı (Rus və İngilis dili bilikləri arzu olunandır)
- Reklam agentliyində kopirayter kimi ən azı 1 illik təcrübə;
- Marketinq və satış sahəsində yüksək fəlsəfi düşüncə forması
- Komanda ilə işləmə bacarığı
- Dizaynerlər ilə iş bacarığı
- Yeni trendləri və rəqiblərin fəaliyyətini izləmək bacarığı
- Məsuliyyətlilik
- Qlobal brendlərlə işləmək
- Punktuallıq, operativlik və çeviklik
- Planlama bacarıqlarının yüksək səviyyədə olması
- Yüksək məntiqi təfəkkür
- Deadline ilə işləmə bacarığı
İş öhdəlikləri:
- Kreativ vizual mətnlərin yazılması
- Kreativ postlar üçün ideyaların verilməsi
- Müştərilər üçün strategiyaların hazırlanması, kontent yaradılması və idarə edilməsi
- Maraqlı ideyaları ərsəyə gətirmək üçün art-direktorlarla işləmək
- Məzmun, reklam və digər reklam vasitələri üçün səlis, aydın və inandırıcı mətnlər yazmaq
- Sosial şəbəkələr üzrə paylaşımların kontent planın yazılması (konsepsiya, mətn, brief)
- Sayt və platformalar üçün kontentlərin hazırlanması
- Sayt üçün SEO yönümlü mətnlərin hazırlanması
- Youtube və digər istiqamətli videolar üçün ssenarilərin yazılması
- Sloqan və adlandırma
- Orfoqrafik və qrammatik səhvlərinin olub-olmadığını yoxlamaq;
Şərtlər:
- İş qrafiki: Bazarertəsi – Cümə
- İş saatı: 10:00 – 18:00
- Əmək haqqı: Aylıq sabit əmək haqqı müsahibə əsnasında müəyyən ediləcək.
Göstərilən tələb və öhdəliklərə uyğun namizədlər “Kreativ Kopirayter” başlığı altında öz CV və portfoliolarını info@sociallab.az ünvanına göndərə bilərlər.
QEYD: Portfoliosuz göndərilən CV-lərə baxılmayacaq.
Oxşar vakansiya siyahısı:
Efir koordinatoru (təcrübəçi)
İctimai Televiziya və Radio Yayımları Şirkəti Efir koordinatoru (təcrübəçi) üzrə vakansiya elan edir. ...