Qısa məzmun
Azersun Holding Proseslərin Təkmilləşdirilməsi üzrə Şöbə Müdiri (OPEX) vəzifəsi üzrə vakansiya elan edir. İdarəçilik qabiliyyəti olmalıdır.
Vəzifə tələbləri:
- Sənaye Mühəndisliyi, Sənayenin Təşkili və İdarə edilməsi, Proses Mühəndisliyi (və ya Mühəndislik üzrə digər texniki sahələr) ixtisasları üzrə ali təhsili olmalı;
- MBA təhsili olanlara üstünlük veriləcək;
- İstehsalatın Təşkili və İdarə edilməsi, Keyfiyyət İdarə edilməsi sahələrində minimal 4 illik iş təcrübəsi olmalı;
- TPM(Total Productive Maintenance), Lean Manufacturing, KAİZEN və Data Analizi təlimlərini almış və ya tətbiq etmiş olmalı;
- Proseslərin təkmilləşdirilməsi, statistik proses kontrol və erqonomik mövzularda texniki bilik və təcrübəyə sahib olmalı;
- 6 Sigma metodu ilə layihə idarə edilməsi təcrübəsinə sahib olmalı;
- Excel və PowerPoint proqramlarından əla səviyyədə istifadə etməyi bacarmalı;
- Liderlik bacarığı olmalı;
- Təlim vermək bacarığı olmalı;
- Rus və İngilis dili biliyi olanlara üstünlük veriləcəkdir.
İş təsviri:
- Beynəlxalq metodların və standartların tətbiqi ilə proseslərin təkmilləşdirilməsi və israfların azaldılması;
- Proses idarəçiliyi və proses təkmilləşdirilməsi layihələrinə rəhbərlik edilməsi;
- Proseslərin idarəedilməsi və prosesin təkmilləşdirilməsi metodologiyaları üzrə təlimlərin verilməsi;
- Proseslərin avtomatlaşdırılması, rəqəmsallaşdırılması və sadələşdirilməsi üçün tədqiqatların aparılması
- Məlumat bazalı proses təkmilləşdirmələrinin və bunun üçün infrastrukturun yaradılması və idarə edilməsini təmin etməli
- Müəsissə işçiləri ilə birlikdə proseslərin inkişaf etdirilməsi üçün təkmilləşdirmə fəaliyyətlərinin həyata keçirilməsi;
- Aylıq və dövri hesabatlara əsasən data analizi apararaq, nəticələri rəhbərliyə məruzə edilməsi;
- Tədarükçüdən müştəriyə qədər olan proses axışını yerində izləyərək Dəyər Axış Xəritəsinin çıxartılması;
Mövcud biznes proseslərin təkmilləşdirilməsi məqsədi ilə təhlil işlərinin aparılması və məlumatların toplanılması; - İstehsalat müəssisəsində proseslər, əməliyyatlar və məhsullarda məhdudiyyətlərin və çatışmazlıqların aşkarlanması və təhlilinin
- edilməsi;
- Proseslər və Məhsullarla bağlı yeni ideaların, təkliflərin təhlili və dəyərləndirilməsi;
- İstehsalat və Biznes prosesləri üzrə daxili qaydaların və normativlərin işlənib hazırlanması, daxili qaydaların təkmilləşdirilməsi və yenilənməsi
- İşçi heyətinə təlimlərin keçirilməsi, yüksək ixtisaslılıq səviyyəsinin təmin olunması və qorunub saxlanması;
Əlavə məlumat:
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə və ya hr.azersun.com saytından qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Proseslərin Təkmilləşdirilməsi üzrə Şöbə Müdiri(OPEX)” qeyd etməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Ayan MMC İstehsal xəttində nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
QAYO MMC Tekstil meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Texniki dəstək üzrə mütəxəssis (Helpdesk) vəzifəsi üzrə vakansiya elan edir. ...
Facility Management Group İnşaat işləri üzrə sahə rəisi vəzifəsi üzrə vakansiya elan edir ...