Qısa məzmun
Respublika Diaqnostika Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
İşin təsviri:
- Korporativ şirkətlərə danışıqlar aparmaq və tibbi xidmət müqavilələrini tərtib etmək,
- Etik komissiyanın iclaslarını protokollaşdırmaq,
- Müqavilələrin reyestrini xüsusi proqramda işləmək və ilin sonu yekun statistika hazırlamaq,
- Klinikanın rəsmiləşdirmə işlərini aparmaq (rəhbər dəyişdikdə, Klinikanın adı dəyişdikdə hüquqi sənədlərin notarial təsdiqi, qəzet elanı, bildiriş, yığıncaq protokolu, qərar hazırlamaq),
- Müddəti tamam olduqda Asan İmza, elektron imza almaq üçün sənəd hazırlamaq və müraciət etmək,
- İstehsalat əmrlərinin hazırlanması,
- Səhmdarların illik yığıncağını təşkil etmək və müvafiq sənədləri hazırlamaq (qəzet elanı, bildiriş, yığıncaq protokolu, qərar, hesabat və s.),
- JCI üzrə müqavilələrin qiymətləndirilməsi sənədlərinin hazırlanması,
- Hüquq mühafizə orqanlarına (polis, prokurorluq, icra , məhkəmə və s.) müvafiq məktubların hazırlanması,
- Etibarnamələrin tərtibi, məhkəmə işlərinə sənədlərin hazırlanması,
- Şikayətçi pasientlərin qəəbulu, sorğularını şifahi və yazılı cavablandırmaq,
- Etik, disiplinar komissiyalarda iştirak etmək,
- Əmək müqavilələrinə dair razılaşmaların hazırlanmasında yardım etmək,
- Miqrant işçilərin miqrasiya xidmətinə sənədlərinin hazırlanıb təqdim olunması, rəsmiləşdirilməsi,
- Klinikanın əməkdaşlıq etdiyi şirkətlərlə alqı – satqı müqavilələrinin hazırlanması,
- Şöbələr üçün müvafiq akt, protokol və arayışların hazırlanması,
- Banklarda hesab açılması üçün sənədlərin hazırlanması,
Tələblər:
- Ali hüquqi təhsil (kommersiya və ya yönümlü arzuolunandır);
- İxtisas üzrə 2-5 il iş təcrübəsi;
- Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək;
- Hüququ sənədləşməni tərtib etmə bacarıqları;
- Kompüter bacarıqları (xüsusilə MS Word, Excel, Internet);
- Dürüst, stresədavamlı, məsuliyyətli.
Maraqlananlar CV-lərini hr@rdm.az ünvanına subject yerində “Hüquqşünas” qeyd edərək göndərə bilərlər.