Qısa məzmun
Technoil LLC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə funksiyaları:
- İdxal, ixrac, alqı-satqı, podrat və s. müqavilələrin, onlara əlavələrin, aktların, protokolların, arayışların, məktubların və s. hüquqi sənədlərin tərtibi və hüquqi ekspertizası;
- Müəssisədaxili korporativ idarəetmə məsələlərində zəruri hüquqi dəstəyin göstərilməsi;
- Hüquqi rəylərin verilməsi;
- Hüquqi sorğuların cavablarının hazırlanmasında iştirak;
- Müəssisənin struktur bölmələrində mövcud olan hüquqi problemlərin araşdırılması və işçilərin təlimatlandırılması prosesində iştirak;
- Müəssisənin məhkəmədə təmsil edilməsi, bu məqsədlə iddia ərizələrinin, məktubların və digər hüquqi sənədlərin hazırlanması;
- Vəzifəsinə uyğun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Ali təhsil (Hüquq);
- Hüquq sahəsində ən azı 4 il iş təcrübəsi;
- Əla səviyyədə Azərbaycan və Rus dili biliyi, yaxşı səviyyədə İngilis dili biliyi;
- Azərbaycan Respublikası mülki, əmək, inzibati, mülki-prosessual qanunvericiliyi üzrə biliklər;
- MS Office (Word, Excel) proqramında sərbəst işləmək bacarığı;
- Analitik təhlil etmə qabiliyyəti;
- Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq.
Səriştələr:
- Məsuliyyətli
- Şəxsi inkişafa meylli
- Pozitiv
- Nailiyyət yönümlülük
- Etibarlılıq
- Dürüstlük
Əlavə məlumat:
- Əmək haqqı: razılaşma əsasında;
- İş qrafiki: Beş günlük iş həftəsi
- İş yeri: Sumqayıt şəhəri, Sülh küçəsi 76-cı məhəllə
- Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.
Ən son yenilənmiş CV-nizi “Hüquqşünas” mövzusu ilə cv@technol.az elektron ünvanına göndərə bilərsiniz.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.