Qısa məzmun
Əh razılaşma yolu ilə. Rabitabank OJSC Biznes Bankçılığı Departamentində Menecer vəzifəsi üzrə vakansiya elan edir. İngilis dilini bilən şəxslərə üstünlük verilir.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Mütəmadi olaraq bazar araşdırmaları həyata keçirmək və əldə olunan məlumatlar əsasında Biznes krediti və Biznes QKM-nın və satış metodikasının təkmilləşdirilməsi;
- Bankın məhsul və xidmətlərinin satışının hazırki səviyyəsinin və dinamikasının mütəmadi təqib edilməsi, buna təsir edən amillərin, mövcüd olan problemlərin təhlili və tendensiyalarının aşkar edilməsi və həlli üçün təkliflərin irəli sürülməsi;
- Biznes krediti və Biznes QKM-ı üzrə planın yerinə yetirilməsinə nəzarət etmək və tədbirlər görmək;
- Biznes krediti və Biznes QKM-ı üzrə müştərilərə xidmətin təkmilləşdirilməsi və satış effektivliyin artırılması üçün tədbirlər həyata keçirmək;
- Biznes krediti, Biznes QKM-ı və müştəri xidməti üzrə təlimlər təşkil etmək;
- Yeni Biznes kredit və Biznes QKM-larının satış sisteminin təkmilləşdirilməsi üzrə işlərin aparılması;
- Mövcud məhsul və xidmətlərin effektiv satışına nəzarətin həyata keçirilməsi, habelə effektivliyin artırılması məqsədi ilə kampaniyalar və bonus proqramlarına dair təkliflərin hazırlanması;
- Cari Biznes kredit və Biznes QKM-larının portfelinə nəzarət edərək, satışların artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
- Yeni məhsul və xidmətlərin satışa çıxarılması, satış kanalları, satış forma və metodları üzrə təkliflərin hazırlanması;
- Departament və şöbə rəhbərinin tapşırıqlarına uyğun olaraq müvafiq struktur bölmənin fəaliyyəti ilə bağlı göstərişlərini yerinə yetirmək.
VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:
- Ali təhsil (maliyyə və iqtisadiyyat üzrə olması arzuolunandır);
- Bank sektorunda ən azı 5 il iş təcrübəsi;
- Müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyətinə malik olmaq;
- Satış texnikasına dair effektiv bilik və təcrübəyə malik olmaq;
- Azərbaycan dilini mükəmməl bilmək (İngilis dilini bilən şəxslərə üstünlük verilir);
- Microsoft Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığına malik olmaq;
- Yüksək kommunikasıya və təşkilatçılıq qabiliyyətinə malik olmaq;
- İdarəetmə qabiliyyətinə malik olmaq;
- Gərgin şəraitdə işləməyi bacarmaq;
- Liderlik qabiliyyətinə malik olmaq;
- Analitik düşünmə qabiliyyətinə malik olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini career@rabitabank.com elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Biznes Bankçılığı – Menecer” göstərməyiniz xahiş olunur.
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33
Oxşar vakansiya siyahısı:
Expressbank ASC Sifarişlərin təhlili və strukturlaşdırılması şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi/böyük mütəxəssisi vəzifəsi üzrə vakansi ...
Expressbank ASC Girovları qiymətləndirilməsi və nəzarəti bölməsi/mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...
Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...