Qısa məzmun
Enar Taxi İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- İşçi ehtiyacının təmin edilməsi, vakansiyaların elana hazırlanılması və yerləşdirilməsi, CV incələmə, vakansiyalara uyğun namizədlərin axtarışı, seçimi və ilkin müsahibələrin təşkil edilməsi;
- Əməkdaşların adaptasiyası prosesinin təşkili;
- İnsan resurslarına aid daxili əmrlərin (işə qəbul, xitam, vəzifə dəyişikliyi,ezamiyyət, məzuniyyət, mükafat, əmək haqqı artımı, intizam tənbehi və s.,)hazırlanması və icrasına nəzarət etmək;
- İşçilərin əmək müqaviləsi, vəzifə təlimatları, tam maddi məsuliyyət müqaviləsi, məxfiliyin qorunması haqqında müqavilə, daxili intizam qaydaları və müvafiq prosedurlar ilə tanış olmasını təmin etmək;
- İşçilərin şəxsi işlərini aparmaq,formalaşdırmaq;
- Əməkdaşlar üçün əmək haqqı kartları,əmək kitabçalarının alınması üçün müvafiq qurumlara gedən sənədləri hazırlamaq;
- Elektron hökümət Portalına əmək müqaviləsi bildirişlərini daxil etmək;
- İşçilərə məzuniyyətlərin verilməsinin üçotunu aparmaq, növbəti məzuniyyət cədvəlinin tərtibatına və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsini icra etmək, son haqq hesabların, kompensasiyaların hesablanması;
- İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
- Xidməti müqavilələrin hazırlanması, əlavələrin edilməsi;
- Əmək haqqı hesablaması üçün Maliyyə departamenti ilə əlaqəli şəkildə fəaliyyət göstərilməsi və tələb olunan vaxtda məlumatların hazırlanaraq təqdim edilməsi;
- İşçilərin əmək fəaliyyətlərinə dair arayışların və xasiyyətnamələrin hazırlanması
- İşə davamiyyət prosedurunun tənzimlənməsi.işçilərin gündəlik və aylıq davamiyyətinin izlənilməsi, rəhbərə məlumat verilməsi və ayın sonu davamiyyət tabellərinin hazırlanaraq maliyyə departamentinə təqdim edilməsi.
İş qrafiki:
- Bazar ertəsi – Cümə: 09:00-dan 18:00-dək
- İstirahət günü – Şənbə və Bazar günləri
- Əmək haqqı müsahibə əsasında müəyyənləşdiriləcək
Namizədə tələblər:
- Ali təhsil
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək
- Ofis proqramları ilə işləmə bacarığı.
- 1C proqramında işləmək bacarığı
- E-gov Elektron Hökumət Portalında işləyə bilmək
- Azərbaycan dilini mükəmməl bilməli, ingilis dilinə üstünlük verilir;
- Ünsiyyət qurma bacarığı;
- Problemləri həll etmə bacarığı
- Stresə davamlılıq
- İnformasiyanın təhlili və analiz etmək bacarığı
- Müxtəlif iş və tapşırıqların eyni vaxtda icra edilməsi qabiliyyəti;
- İnsan resursları sahəsində azı 2-3 il təcrübəsi (istehsalat sahəsində iş təcrübəsi olmağı üstünlükdür)
Maraqlanan şəxslər CV formalarını mövzu yerində ” İnsan resursları üzrə mütəxəssis” qeyd edərək hr@enartaxi.az ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...