Qısa məzmun
Azerbaijan Supermarket LLC Elektrik-texnik vəzifəsi üzrə vakansiya elan edir. Bu sahədə təcrübə tələb edilir.
Şöbə: Marketin inkişafı üzrə departament
Vəzifə: Elektrik-texnik
İşin növü: Tam
Vəzifə öhdəlikləri:
- Elektrik avadanlıqlarının xidməti və təmiri;
- Güc və işıqlandırıcı elektrik qurğularına xidmət etmək;
- Elektrik stansiyalarında gərginliyin tam kəsilməsi ilə daha yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında işlərin yerinə yetirilməsi, xidmət edilən obyektdə və ya sahədə elektrik avadanlıqlarının qoşulması və söndürülməsi işini həyata keçirmək;
- Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlarda və elektrik mühərriklərində nasazlıqları aşkar etmək və zədələnmələri aradan qaldırılmaq;
- Daha yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında gərginliyi 1000 V-ə qədər olan xətlərin kəsilməsi, calaq edilməsi, izolə edilməsi və lehimlənməsi;
- İşıqlandırıcı armaturun elektrik açarlarının, ştepsel qablarının, divar patronlarının və sənaye projektorlarının sazlanması və qurulması;
- Elektrik mühərriklərinin stator və rotorlarının sarğılarının və paylaşdırıcı şəbəkənin izolyasiya müqavimətinin meqometrlə yoxlamaq;
- Xəbərdaredici elektrik cihazlarının qurulması və tənzimlənməsi;
- Xidmət olunan sahədə elektrik avadanlıqlarının yerləşməsi və qidalandırılması sxemini bilmək;
- İşıqlandırıcı armatur qurğuları, elektrik zəngləri və digər siqnalizasiya cihazlarının sazlanması və qurulması;
- Elektrik panellərinin və avadanlıqların vaxt aşırı tozdan təmizlənməsi və qulluğu.
Vəzifənin tələbləri:
- Elektrik üzrə dərəcə (min 3);
- Elektrik avadanlığına texniki xidmət sahəsində 2 illik təcrübəyə malik olmaq;
- Elektrik yarımstansiyasında təcrübəyə malik olan MV (orta voltage) şəhadətnaməsi və ya iş icazəsinə sahib olmaq;
- Azərbaycan və rus dillərində sərbəst danışmaq bacarığına malik olmaq;
- Etibarlı sürücülük vəsiqəsinə sahib olmaq.
Bilik və bacarıqlar:
- Mexanizmlər və alətlər, o cümlədən, onların layihələndirilməsi, istifadəsi, təmiri və texniki xidmət haqqında bilikər;
- Elektrotexnikanın əsaslarını, elektrik mühərriklərinin, sabit və dəyişən cərəyanlı generatorların, paylayıcı qurğu aparatlarının,
- ektrik cihazlarının iş prinsipini bilmək;
- Elektrotexniki materialların əsas növlərini, onların xüsusiyyətlərini və təyinatını bilmək;
- Aşağı gərginlikli xətlərin calanması və lehimlənməsi üsullarını bilmək;
- Elektrik cərəyanından zədələnmədən ilk yardımın göstərilməsi qaydasını bilmək;
- Daha çox yayılmış universal və xüsusi ləvazimatların təyinatını və tətbiqi şəraitini bilmək;
- Nəzarət-ölçü cihazlarını təyinatı və tətbiqi şəraitini bilmək;
- Rele mühafizəsi və onun müxtəlifliyi haqda ümumi məlumatları bilmək.
Qeyd:
Maraqlanan namizədlər hr2@azerbaijansupermarket.com email ünvanına “Elektrik Texnik” başlığı ilə müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...