Qısa məzmun
Ə/h razılaşma yolu ilə. LIBAMEN Mağaza Meneceri vəzifəsi üzrə vakansiya elan edir. Aylıq Satış Planının yerinə yetirilməsini təmin etməlidir.
Vəzifələr:
- Aylıq Satış Planının yerinə yetirilməsini təmin etmək.
- Müştəri bazasının artmasını və keyfiyyətini təmin etmək.
- Ticarət salonunda yüksək xidmət səviyyəsinin saxlanılmasını təmin etmək.
- Personal tərəfindən nizam-intizam qaydalarına riayət olunmasına nəzarət etmək, habelə bütün intizam pozuntuları haqqında rəhbərliyə vaxtında məlumat vermək.
- Ticarət salonunda subordinasiyaya riayət olunması.
- İş gününün planlaşdırılması, iş gününün sonunda təşkilati məsələlər üzrə və keçən gün ərzində əldə olunmuş nəticələr və məsləhətlər üzrə qısa hesabatın hazırlanması.
- Tapşırıqların və öhdəliklərin ticarət salonunun personalı arasında funksional bölüşdürülməsi.
- VİP satışların həyata keçirilməsi.
- Müştəri bazasının inkişaf və keyfiyyət dinamikasının stimullaşdırılması, müştəri bazasının dinamikası haqqında ümumi və hər bir satış nümayəndəsi üzrə ayrıca aylıq hesabatların hazırlanması və təqdim olunması.
- Mağaza üçün sifariş edilmiş malın vaxtında gətirilməsini təmin etmək.
- Aylıq hesabatların hazırlanması.
- Müştərilərlə bağlı bütün problemli məsələrin düzgün şəkildə həll etmək, müştəriləri mağazanın xidmətindən razı salmaq
- Mağazada və anbarda olan məhsulların qiyməti, ölçüləri və sayı barədə məlumatlı olmaq və müştəriləri düzgün məlumatlandırmaq
Namizədə qoyulan tələblər:
- Ali təhsil
- Yaş həddi: 26-35
- Geyim sahəsində Menecerin köməkçisi və baş satış məsləhətçisi vəzifəsi üzrə 1il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili – əla, Rus dili -əla, İnglis dili -orta
- Kompüter bilikləri: Microsoft Office
- Yüksək səviyyədə ünsiyyət qurma və təşkilatçılıq bacarığı
- Dürüstlük və məsuliyyətlilik
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini libamen@theprime.az e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Mağaza Meneceri” qeyd etmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya üzrə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Satış koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
"Smile Tour" MMC promoter ( satış təmsilçisi) vəzifəsi üzrə vakansiya elan edir. ...