Qısa məzmun
Pera Plastik Qrup MMC Hüquqşünas köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. Rus və İngilis dillərini bilməyi arzuolunandır.
İş barədə məlumat:
- Notariusda tələb olunan hüquqi sənədlərin, sənədlərin surətlərinin və digər aktların təsdiqini həyata keçirmək
- Dövlət Miqrasiya Xidmətinə müraciətləri hazırlamaq və lazım olan sənədlərin təhvil – qəbul edilməsi üçün müvafiq təşkilata getmək
- Təşkilatın hüquqi sənədlərinin və müqavilələrinin tərcüməsi işini həyata keçirmək
- İş vaxtı 09:00-dan 18:00-dək, 5 günlük iş qrafiki
Namizədə tələblər:
- Təhsil : Ali
- İş təcrübəsi : 1 ildən aşağı
- Yaş : 21 – 35
- Cins : Qadın
- Ali hüquq təhsili
- Mülki, əmək, bank qanunvericiliyi və bank fəaliyyətinə nəzarəti həyata keçirən orqanların normativ xarakterli aktlarını bilmək
- Yüksək yazılı və şifahi ünsiyyətqurma qabiliyəti
- Fikrin strukturlaşdırılmış şəkildə izah edilməsi bacarığı
- Əla səviyyədə Azərbaycan dili biliyi, rus dili biliyi üstünlük təşkil edir