Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Bona Dea Beynəlxalq Hospitalı Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. İşgüzar və məsuliyyətli olmalıdır.
Vəzifə öhdəlikləri:
- Cəmiyyətin struktur bölmələrinin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərə dair qanunvericiliyə uyğun olaraq hüquqi rəylər və/və ya məsləhətlər vermək;
- Cəmiyyətin satınalma işinin təşkilinə hüquqi dəstək vermək, bununla əlaqədar sənədlərin və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
- Cəmiyyət daxilində hazırlanan əmr, təlimat, prosedurlar, əsasnamələr, standartlar və digər normativ xarakterli sənədlərin layihələrinin ekspertizasının həyata keçirmək və bu layihələrin hazırlanmasında iştirak etmək;
- Cəmiyyətin biznes tərəfdaşları və dövlət orqanları ilə münasibətdə hüquqi dəstək verilmək;
- Məhkəmədə və digər orqanlarda Cəmiyyətin adından çıxış etmək.
Təhsil/Təcrübə:
- Ali hüquq təhsili
- Minimum 3 (üç) il iş (korporativ / müqavilə hüququ) təcrübəsi
- Azərbaycan, rus və ingilis dilləri əla səviyyədə bilməli
- Mülki hüquq sahəsində təkmil nəzəri və praktik biliklər
- Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı
- İşgüzar və məsuliyyətli olmalı
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Hüquqşünas” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) hr@bonadea.org elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.