Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Alco MMC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Ali təhsil (Hüquq);
  • Hüquq sahəsində iş təcrübəsi;
  • Əla səviyyədə hüquqi Azərbaycan dili, Rus dili, İngilis dili biliyi;
  • Azərbaycan Respublikası mülki, əmək, inzibati, mülki-prosessual qanunvericiliyi üzrə biliklər;
  • MS Office (Word, Excel) proqramında sərbəst işləmək bacarığı;
  • Analitik təhlil etmə qabiliyyəti;
  • Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq.

Vəzifə funksiyaları:

  • İdxal, ixrac, alqı-satqı, podrat və s. müqavilələrin, onlara əlavələrin, aktların, protokolların, arayışların, məktubların və s. hüquqi sənədlərin tərtibi və hüquqi ekspertizası;
  • Müəssisədaxili korporativ idarəetmə məsələlərində zəruri hüquqi dəstəyin göstərilməsi;
  • Hüquqi rəylərin verilməsi;
  • Hüquqi sorğuların cavablarının hazırlanması;
  • Müəssisənin struktur bölmələrində mövcud olan hüquqi problemlərin araşdırılması və işçilərin təlimatlandırılması prosesində iştirak;
  • Şirkətə daxil olan məktublara rəsmi cavab hazırlamaq, müxtəlif qurum və müəssisələrə məktubları hazırlanması;
  • Müəssisənin məhkəmədə təmsil edilməsi, bu məqsədlə iddia ərizələrinin, məktubların və digər hüquqi sənədlərin hazırlanması;
  • Vəzifəsinə uyğun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirilməsi.

İş yeri: “ALCO” MMC ofis- İçərişəhər, Vəli Məmmədov, 3 (Polşa Səfirliyinin yanı)

Əmək haqqı: 1000 Azn

 

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...