Qısa məzmun
Grand-Agro LLC Satınalmalar üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Məsuliyyətli, disiplinli, Təşkilatçılıq bacarığı olmalıdır.
Grand Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi, yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.
Əlavə məlumat
- İş yeri – Çinar Plaza
- İş qrafiki: həftənin 5 günü, saat 08:00-dan 17:00-dək
- Nahar Şirkət tərəfindən verilir, Sınaq müddətindən sonra ailə üzvləri daxil tibbi sığorta
- Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə
Vəzifə öhdəlikləri:
– Şirkətin Satınalma Prosedurlarına, təlimatlarına və s digər əlaqəli qaydalara riayət olunması.
– Daxili və xarici bazarların araşdırılması, etibarlı, peşəkar, sağlam podratçı və təchizatçı bazasının hazırlanması və müntəzəm yeniləmək.
– Sifariş edilmiş mal-material və ya xidmətlərin tələblərə və standartlara uyğun şəkildə təchiz edilməsi.
– Müqavilə üzrə və habelə satınalmanın həyata keçirilməsi üçün əlaqəli şöbələrlə işlərin və sənəd dövriyyəsinin operativ və düzgün şəkildə təşkil etməsini təmin etmək.
– Periodik hesabatların düzgün və obyektiv şəkildə tələb olunan formatda, interval və müddətdə şirkət rəhbərliyinə təqdim olunması
– Son istifadəçi(lər) (End User) tərəfindən daxil olan tələbnamələrin incələnməsi və optimallaşdırmanın aparılması və satınalma qaydalarına uyğun olaraq tələb olunan vaxt çərçivəsində icrasının təmin olunması (kənarlaşma hallarında tələbnamə təqdim edən əməkdaşa və şirkət rəhbərliyinə əsaslı səbəblərin bildirilməsi və mümkün optimallaşma yolları ilə bağlı təkliflərin verilməsi)
– Təklif olunan qiymətlərin müqayisə cədvəlinin hazırlanması və uyğun tədarükçüdən malların alınması
– Tələb olunan malların/xidmətlərin alışının müvafiq ERP proqramında düzgün, operativ və əhatəli şəkildə alış əmrlərini (PO) tərtib etmək
Tələblər :
- Təhsil: Ali ( İqtisadiyyat, Menecment, Tədarük zəncirinin idarəedilməsi və s əlaqədar ixtisaslar
- Təcrübə: Minimum 3-5 il (Müvafiq sahədə 3 il )
- Sertifikatlar: CİPS və sahəyə uyğun sertifikatlarının olması üstünlükdür
- Dil bilikləri: Azərbaycan Dili , İngilis dili , Rus dili
- İT üzrə biliklər: Microsoft Office və 1C
Texniki Bacarıqlar:
- Dövlət Satınalmaları və Tender proseslərini, habelə müvafiq qanunvericilik bazasını bilmək.
- Satınalma, Müqavilələrin tərtibatı, Logistika prinsip və qaydaları haqqında məlumat
- Xarici bazar qiymətlərinin təhlili və müqayisəli təhlil bacarığının olması
Səriştəlik:
- Məsuliyyətli, disiplinli, açıq fikirli
- Güclü analitik qabiliyyətlər, problem həll etmə və əməkdaşlıq bacarıqları
- Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq, təqdimat etmək bacarıqları
- Prinsip və Dəyərlərə sadiqlik
- Prosedur və qaydalara riayət etmək
- Operativlik, Qərar almaq və İcra etmək
Müraciət üçün aşağıdakı linkə daxil olmağınız xahiş olunur.
https://jobs.talhunt.az/grandagro/604-satinalmalar+uzre+bas+mutexessis
Oxşar vakansiya siyahısı:
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Two-Months Logistics Internship with Opportunity of work upon completion! We’re thrilled to announce a two-month internship opportunity at Logistics Solutions Azerbaija ...