Qısa məzmun
Azersun Holding Anbar şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə tələbləri:
- Ali təhsilli olmalı;
- Anbar sahəsində (3 il rəhbər vəzifədə olmaqla) ən azı 5 il təcrübəsi olmalı;
- Analitik düşünmə bacarığına sahib olmalı;
- Yüksək səviyyədə excel biliyi olmalıdır.
İş təsviri:
- Məhsulun sağlam və düzgün şəkildə yüklənilməsi (boşaldılması) üçün anbardarlara təlimatların verilməsi;
- Yükləmə və boşaltma zamanı lazımi alət və texnikaların təşkil edilməsi;
- Daşınılacaq məhsulların çıxış anbarını müəyyən edərək anbar qeydiyyatçılarına və anbardara məlumat verilməsi;
- Anbarda mövcud məshulların son istifadə tarixlərinin müəyyən edilməsi;
- Məhsulların daxil olma və son istifadə tarixinə görə anbardan ixracının müəyyən edilməsi;
- Məhsulların tələb olunan miqdara görə ixracının təmin edilməsi;
- Məhsulların yükləmə və boşaldılma zamanı təhvil-təslim prosesinə nəzarət edilməsi;
- Məhsullara zərər verə biləcək həşəratlara qarşı lazımi dərmanlama proseslərinin yerinə yetirilməsinə nəzarət edilməsi;
- Müvafiq hesabatın hazırlanması və rəhbərliyə təqdim olunması;
- Anbarlarda təmir ehtiyaçlarının müəyyən edilməsi və rəhbərliyin məlumatlandırılması.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Anbar şöbəsinin müdiri” qeyd etməyiniz xahiş olunur
Oxşar vakansiya siyahısı:
500 — 600 ₼
Satınalmalar üzrə mütəxəssisMaple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
500 — 600 ₼
Satınalmalar üzrə mütəxəssisMaple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
1500 — 2000 ₼
Logistika üzrə koordinatorASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...