Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC Keyfiyyətə Nəzarət üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə və öhdəliklər:
- Keyfiyyət idarəetmə sisteminə (KİS) aid olan prosedur, qayda, təlimat, qeyd formaları və digər sənəd layihələrini hazırlamaq, onların tətbiq olunmasında iştirak etmək;
- KİS-in beynəlxalq standartlara uyğun şəkildə qiymətləndirilməsi üçün illik plana əsasən audit proqramlarının hazırlanmasında, plana uyğun olaraq daxili qiymətləndirmə üzrə tədbirlərin həyata keçirilməsində iştirak etmək;
- KİS-in Rəhbərlik tərəfindən analizi üçün zəruri olan məlumatların hazırlanmasında və sistemləşdirilməsi işində iştirak etmək;
- KİS-in müvafiq proseslərinin icrası və proses göstəriciləri ilə bağlı məlumatları toplamaq, onları analiz etmək;
- İşin keyfiyyətinin pisləşməsi səbəblərini, onların aradan qaldırılması üzrə təkliflər vermək və keyfiyyətin artırılması üçün zəruri tədbirlərin işlənib hazırlanmasında iştirak etmək;
- Müştəri məmnuniyyətinin ölçülməsi prosesinin şəffaf və ədalətli şəkildə həyata keçirilməsi üçün sorğuları maraqlı tərəflərə göndərmək, qəbul etmək, məlumatları təhlil etmək və hesabat hazırlamaq;
- KİS-nə aid sənədlərin dövri olaraq adekvatlığını yoxlamaq, aktuallığını qismən və ya tamamilə itirmiş sənədlərə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı təkliflər vermək, qüvvədə olmayan sənədlərin istifadə olunmasına nəzarət etmək;
- Cəmiyyətdə beynəlxalq standartlar əsasında tətbiq olunan KİS və ona dair qəbul edilmiş sənədlərlə bağlı Cəmiyyətin əməkdaşları üçün maarifləndirici seminarlar keçirmək.
Tələb olunan təhsil, təcrübə və bacarıqlar:
- Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili yaxşı, Rus dili arzuolunandır.
- Təhsili: ali, ümumi ixtisas təhsilli
- Yaş həddi : 25-35 yaş
- İş təcrübəsi: müvafiq sahədə minimum 2-3 il təcrübə
- Proqram təminatı: Microsoft Office, MS visio
Bilməlidir:
- İSO 9001:2015 və 19011 standartlarının əsaslarını;
- Keyfiyyət idarəetmə sisteminə aid olan sənədlərin hazırlanması üçün məlumatların toplanması, təhlili, qiymətləndirilməsini;
- Keyfiyyəti idarəetmə sisteminin bütün fəaliyyət istiqamətlərində proseslərin sənədləşdirilməsini;
- Müvafiq normativ sənədlərin hazırlanması qaydalarını.
- İş qrafiki: həftədə 5 gün, 09:00-18:00
- İşçi Könüllü tibbi sığorta və nahar ilə təmin olunur.
Tələblərə cavab verən namizəd mövzu yerinə vakansiyanın adını qeyd etməklə 14.02.2020-ci il tarixinədək hr@portofbaku.com ünvanına şəkilli cv-sini göndərə bilər.
Oxşar vakansiya siyahısı:
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...