Qısa məzmun
Azərbaycan Beynəlxalq Bankı Müştəri Xidmətləri üzrə Mütəxəssis (Əməliyyatçı) vəzifəsi üzrə vakansiyası elan edir. Komandada işləmək bacarığı olmalıdır.
Azərbaycan Beynəlxalq Bankı Bakı filialları üçün Müştəri Xidmətləri üzrə Mütəxəssis (Əməliyyatçı) vakansiyası elan edir
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Vakansiya aşağıdakı regionlar üzrə aktivdir:
- Bakı
- Daşkəsən
- Gəncə
- Lənkəran
- Cəlilabad
Görəcəyiniz işlər:
- Müştərilərə Bankın məhsul və xidmətləri barədə məlumat vermək;
- Hüquqi və fiziki şəxslərin bank hesabları üzrə əməliyyatlar həyata keçirmək;
- Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların reyestrini apararaq, icrasını təşkil etmək;
- Bankda mövcud olan pulköçürmə sistemləri vasitəsilə müştərilərə vəsaitlərin göndərilməsi və verilməsi üzrə xidmət göstərmək;
- Müştərilərə POS-terminal vasitəsilə nağd pulun verilməsi üzrə xidmət göstərmək, iş gününün sonunda zəruri müxabirləşmələr aparmaq;
- Şöbənin fəaliyyətindən irəli gələn digər vəzifələri icra etmək;
- Bank fəaliyyəti ilə bağlı qüvvədə olan hüquqi normalara riayət etmək, Bankın korporativ dəyərlərini mənimsəmək və müştərilərə xidməti bu çərçivədə həyata keçirmək;
- Müştəri məmnuniyyətinin əldə olunmasına çalışmaq, daha yaxşı xidmətin təşkili məqsədilə təkliflər hazırlamaq.
Bizim üçün uyğun namizəd:
- Ali təhsili olan (iqtisadi arzuolunandır);
- Analitik düşüncə, təhlil və qərarvermə qabiliyyəti olan;
- İşdə dəqiqlik və detallara fikir verməkvə yüksək məsuliyyət qabiliyyəti olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi cv@abb-bank.az elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Əməliyyatçı/(Bakı və ya region adı)” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Oxşar vakansiya siyahısı:
PASHA Bank Daxili Nəzarət şöbəsinin Baş Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. % ...
Gala Group Aparıcı mühasib (vergi, satış və gömrük əməliyyatları üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Atəşgah Sığorta Şirkəti Analitika və biznes proseslərinə nəzarət üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Elmanado MMC Baş Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Abacus Audit And Consulting Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Pro Con İzo Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Coffeemania Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hacıqabul Quşçuluq şirkəti Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
BOKT Falcon Finance MMC Problemli Kreditlərlə iş şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Baş Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...