Qısa məzmun
Azerconnect Təlim və inkişaf üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Şirkət : Azerconnect
Funksiya : İnsan Resursları
İş qrafiki : Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi : 25 Oktyabr 2021
Müqavilə müddəti : Daimi
Azerconnect İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində korporativ müştərilərin ehtiyaclarına uyğun xidmətlər və optimal həllər təqdim edən B2B (Business to Business – Biznesdən biznesə) şirkətdir.
Komandamıza qoşulmaqla siz rəqabətli, yenilikçi və həvəsləndirici korporativ mühitdə yerli və xarici peşəkarlarla çalışmaq, telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq, karyerada irəliləmə və inkişaf etmək imkanı əldə edəcəksiniz.
Təlim və inkişaf üzrə mütəxəssis şirkətimizdə biznes və strateji hədəflərə müvafiq şirkət daxilində təlim və inkişafla əlaqəli təşəbbüslərin əlaqələndirilməsi, uyğunlaşdırılması və həyata keçirilməsi prosesinə cavabdehdir .
Təlim və inkişaf üzrə mütəxəssis olaraq sizin vəzifə öhdəlikləriniz:
- Siyasətlərin, prosedurların hazırlanmasına və Təlim və İnkişaf prosesinə tətbiq edilməsini yerinə yetirmək;
- Fərdi tövhə edənləri lider mövqelərə hazır etmək üçün bacarıq və səriştələrin müəyyən və inkişaf etdirilməsi;
- Şirkətin inkişaf ehtiyacı analizinin təşkili və ehtiyaclara əsasən illik təlim planının hazırlanması;
- İnkişaf xərclərinin monitorinqi və büdcə üçün hesabat və açıqlamaların hazırlanması;
- Təlim və inkişaf prosesi ilə əlaqədar hesabatların hazırlanması;
- Şirkətəuyğunlaşma və digər proqramların təşkili;
- Daxili təlimçilərin müəyyən edilməsi, davamlı inkişafı, daxili təlim materiallarına və kurrikulumların yoxlanılması və saxlanması;
- Təlimlərin monitorinqi, qiymətləndirilməsi və təlim proqramlarının effektivliyinin və davamlı inkişafının təsirinin ölçülməsi;
- Təlim və inkişaf resurslarının mövcudluğu barədə yaradıcı təşviqat kampaniyaları və daxili ünsiyyət vasitələri ilə məlumatlılıq yaratmaq.
Vəzifənin tələbləri:
- Ali təhsil;
- İR sahəsində 3 ilədək təcrübəsi;təlim və inkişaf sahəsində təcrübəyə üstüntük verilir;
- Səlis Azərbaycan dili və İngilis dili biliyi
- MS Ofis programlarının bacarıqlı istifadəçisi (Excel, Word, Powerpoint);
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olması;
- Komandada işləmək bacarığı;
- Güclü ünsiyyət bacarığı;
- Yaradıcı düşünmə qabiliyyəti;
- Analitik düşünmə qabiliyyəti;
- Nəticə yönümlü;
- Tapşırıqların müəyyən olunmuş vaxtda və dəqiq icra olunması.
Müraciət etmək üçün:
Müraciət etmək üçün bu linkə keçid almağınızı xahiş edirik.
Şirkətimzdə mövcud digər vakansiyalarla tanış olmaq üçün www.azerconnect.az səhifəsinə keçid ala bilərsiniz.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Mətanət A Şirkətlər Qrupu Sənədləşmə üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AR-METİZ MMC şirkəti şurup istehsalı ilə məşğul olur və hal-hazırda Koorparativ satış üzrə mütəxəssis vakansiyası üzrə bəy və ya xanım işçi axt ...