Qısa məzmun
Arxkom Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Şirkətə daxil olmuş beynəlxalq, mülki, idarələrarası və s. müqavilələrin, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hüquqi ekspertizasını həyata keçirmək, onların qanunvericiliyə uyğunluğunu yoxlamaq
- Sənədlərə (layihələrə), o cümlədən beynəlxalq müqavilələrə rəy və təklifləri hazırlamaq və aidiyyəti üzrə təqdim etmək
- Şirkətdə qanunçuluğun möhkəmləndirilməsi istiqamətində təhlillər və ümumiləşdirmələr aparmaq
- Şirkətin struktur bölmələr tərəfindən hazırlanan müqavilələri təhlil etmək
- Sektor müdirinin və digər yuxarı rəhbərliyin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatların hazırlanması
- İş qrafiki: 5 gün (şənbə və bazar istirahət günü) saat 08:00-dən 17:00-dək
- Əmək haqqı müsahibə əsasında razılıq yolu ilə
Namizədə tələblər:
- Ali hüquqi təhsil
- İş stajı: azı 3 il iş stajı
- Azərbaycan Respublikasının qanunlarını, mülki, mülki prosessual, inzibati və inzibati prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini və beynəlxalq qanunvericiliyi yüksək səviyyədə bilməli
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı