Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Buta Agro İstixana kompleksi rəhbərinin müavini vəzifəsi üzrə vakansiya elan edir.
ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- İstixananın fəaliyyət istiqamətini müəyyən edir və xarici bazarlara mal çıxarılması məsələlərini təşkil edir və prosesə nəzarət edir;
- İstixananın məhsuldarlığının artırılması üçün təkliflər verir;
- İstixananın Maliyyə, Təchizat, İnsan Resursları və digər bölmələrin fəaliyyətinə nəzarət edir;
- Nəzarət etdiyi struktur bölmələrinin işini və onların bir-biri ilə səmərəli qarşılıqlı münasibətini təşkil edir.
- Onların işinin yüksək inkişafı və təkmilləşdirilməsi sahəsində fəaliyyətlərini istiqamətləndirir;
- İstixananın fəaliyyətində riskləri müəyyən edir və müvafiq təkliflər verir.
VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:
- Ali təhsil. (Biznesin idarə olunması, Ümumi İqtisadiyyat və s. üstünlükdür);
- Rəhbər vəzifədə 5 ilik iş təcrübəsi;
- Maliyyə sahəsi üzrə yüksək səviyyədə biliklər;
- İstixana sahəsində rəhbərlik təcrübəsi ;
- Rus və ya ingilis dilində səlis danışıq bacarığı əlavə üstünlük hesab ediləcək;
İŞ ŞƏRAİTİ:
- İstixana Kompleksi Zirə qəsəbəsində yerləşir;
- İş qrafiki: həftəiçi 6 gün, saat 09:00-dan 17:00-dək, şənbə 09:00-dan 14:00-dək
Vakansiyaya müraciət üçün CV-nizi mövzu hissəsində “İstixana kompleksi rəhbərinin müavini” qeyd edərək gb.orucova@butagroup.com e-mail ünvanına göndərməyiniz xahiş olunur.