Qısa məzmun
Azərbaycan Beynəlxalq Bankı Korporativ müştərilərlə iş şöbəsinə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir.
ABB Korporativ müştərilərlə iş şöbəsinə təcrübəçi axtarışındadır.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
- Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Öyrənəcəkləriniz:
- Bankın müvafiq xidmətlərinin və məhsullarının satışının yüksək səviyyədə həyata keçirilməsi;
- Yeni müştərilərin axtarışı, potensial müştərilərin müəyyənləşdirilməsi və onlarla əlaqələrin yaradılması;
- Maliyyə bazarlarının, rəqiblərin fəaliyyətinin araşdırılması, təhlili və tələbatın müəyyənləşdirilməsi;
- Zərurət yarandıqda gündəlik, həftərlik, rüblük,illik hesabat əsasında müştərilərın fəaliyyətinin araşdırılması, cəlb edilməsi və potensiallığının müəyyən edilməsi və üçün müvafiq tədbirlərin görülməsi;
- Zərurət yarandıqda müştəri şikayətlərinin yaranma səbəbinin araşdırılması və problemlərin həlli istiqamətində zəruri tədbirlərin görülməsində adiyyəti strukturlara köməklik edilməsi;
- Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin daimi məlumatlandırması.
Bizim üçün uyğun namizəd:
- Ali iqtisadi təhsilli;
- Azərbaycan, rus və ingilis dillərində mükəmməl yazı və danışıq qabiliyyətinə sahib;
- Komandada işləmək bacarığına malik;
- Satış qabiliyyəti, müştəriləri inandırmaq bacarıqlarına sahib;
- Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyətinə malik olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi cv@abb-bank.az elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Korporativ müştərilərlə iş şöbəsinə təcrübəçi” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Oxşar vakansiya siyahısı:
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...
Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...
Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...