Qısa məzmun
AS Nagliyyat Satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Satınalma sorğularına nəzarət edilməsi, yoxlanılması və hesabtlılığının aparılması;
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
- Satınalma prossesinin ən əlverişli şərtlərlə həyata keçirilməsi;
- Satınalma ilə bağlı hesabat, təqdimat, müqavilə və s. sənədlərin hazırlanması;
- Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
- Etibarlı satıcı və təchizatçılar bazasının genişləndirilməsi;
- Yüksək keyfiyyətli məhsulları ən uyğun qiymətə əldə etmək üçün idarəetmənin bütün üzvləri ilə sıx əməkdaşlığın təşkili.
Vəzifə üzrə tələblər:
- Ali təhsil;
- Sahə üzrə ən azı 3 illik iş təcrübəsi;
- Yüksək yazılı və şifahi ünsiyyətqurma qabiliyyəti;
- Fikrin strukturlaşdırılmış qaydada izahı qabiliyyəti;
- Operativlik, qərarvermə qabiliyyəti, vaxtdan düzgün istifadə bacarığı;
- Yerli tikinti-inşaat bazarına yaxından bələd olmaq;
- Yüksək kompüter bacarıqları (MS Word, Excel, Outlook, Internet və digərləri).
İş şəraiti:
- İş rejimi: 6 günlük
- Əmək haqqı: Razılaşmaya əsasən
Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını – “Satınalma üzrə mütəxəssis”, qeyd etməklə CV formalarını aynur.bagirova@asgroup.az mail ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Two-Months Logistics Internship with Opportunity of work upon completion! We’re thrilled to announce a two-month internship opportunity at Logistics Solutions Azerbaija ...