Qısa məzmun
DEFSCOPE LLC Rəqəmsal Marketinq üzrə Ödənişli Təcrübə Proqramı (Part time) vəzifəsi üzrə vakansiya elan edir.
Şirkətimiz haqqında:
- “DEFSCOPE” MMC yerli və xarici bazardaki müştərilərə kiber təhlükəsizlik xidmətləri təklif edir. Biz, əsasən, Kanada, Avropa, ABŞ və Azərbaycanda yerləşən müştərilərimizə kiber təhlükəsizlik üzrə konsaltinq, təlim və peşəkar xidmətlər göstəririk. Komandamız çalışqan, öyrənməyə açıq və mövcud bilik və təcrübəsi ilə bizi qlobal bazarda təmsil etməyə qadir üzvlərdən təşkil olunmuşdur.
Biz təklif edirik:
- 3-6 aylıq ödənişli təcrübə proqramı
- Peşəkar kimi yetişmənizi təmin edəcək təcrübələr qazanmaq imkanı
- Yaxşı təşkil olunmuş iş mühiti
- Rəqəmsal Marketinq üzrə tam ixtisaslaşma imkanı
- Davamlı öyrənmə və şəxsi inkişafa dəstək
- Kommunikasiya, dil biliklərini inkişaf etdirmə imkanı
Vəzifə öhdəlikləri:
- Rəqəmsal marketinq strategiyalarının qurulmasına dəstək
- Google Ads, Google Analytics, Ads Manager kimi platformlarda strategiyaların qurulmasına dəstək
- SEO da daxil olmaqla rəqəmsal marketinqlə bağlı rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası
- Sosial media hesabları və platformaları (Facebook, İnstagram, LinkedIn, YouTube və s.) ilə işləmək
- Gündəlik, həftəlik və aylıq kreativ, orijinal və yüksək keyfiyyətli kontentin hazırlanması və sosial mediada paylaşılmasına kömək etmək
- Kontent və posterləri yerləşdirdikdən sonra sosial şəbəkəyə gündəlik gələn sorğuları cavablandırmaq
Kvalifikasiyalar:
- Google Analytics, Google Ads bilikləri
- SEO bilikləri
- Sosial media marketinq (Instagram, Facebook, Linkedin, YouTube, və s.) təcrübəsi
- İngilis dili (minimum Upper İntermediate)
- Analitik düşünmə qabiliyyəti
- Məsulliyyətli, səbrli, diqqətli və dürüst
- Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmaq
- Şirkətin strukturu və idarəetmə prinsiplərini öyrənmək,subordinasiya və etika qaydalarına riayət etmək.
İş şəraiti:
- Əməkhaqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunacaq.
- İş vaxtı: Bazar ertəsi-Cümə, 09:00-13:00 və ya 14:00-18:00
- Korporativ nömrə
Müraciət:
Vakansiyaya müraciət etmək üçün, öz CV-nizi (Portfolio və Müşayiət məktubu üstünlükdür) 23.10.2021 tarixinədək mövzu hissəsinə “Rəqəmsal Marketinq üzrə Təcrübəçi” yazmaqla careers@defscope.com ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Xarici Bazarlar üzrə Marketinq Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Kiçik Marketinq Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Digital Marketinq üzrə Dizayner vəzifəsi üzrə vakansiya elan edir ...
Mətanət A Şirkətlər Qrupu Aparıcı reklam mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Mətanət A Şirkətlər Qrupu Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Mətanət A Şirkətlər Qrupu Digital marketinq üzrə texniki mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ADORE kompani Brend menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
ADORE kompani Təlim və inkişaf şöbəsinin koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Giperaks.az SMM Təcrübəçi (ödənişsiz) vəzifəsi üzrə vakansiya elan edir. ...