Avans Hesabı Üzrə Mühasib
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Superfon Avans Hesabı Üzrə Mühasib vəzifəsi üzrə vakansiya elan edir.

Şirkət haqqında:

2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın əksər şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir. Əgər siz də, fəaliyyət sektorunun lideri olan bir şirkətdə öz karyeranızı qurmaq və ya davam etdirmək iştəyirsinizə, sizləri peşakar komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

  • Təhtəlhesab şəxslər tərəfindən alınan avansların təyinatından asılı olaraq müəyyən olunmuş iş günləri müddətində onların xərclənməsi barədə mühasibatlığa avans hesabatı təqdim edilməsinə və xərclənməyən pul qalığının kassaya qaytarılmasına nəzarət;
  • Ezamiyyə məqsədləri üçün verilən avans məbləğləri üzrə avans hesabatları təhtəlhesab şəxs ezamiyyətdən qayıtdıqdan sonra onun tərəfindən 3 iş günü müddətində mühasibatlığa təhvil verilməsinə nəzarət;
  • Təhtəlhesab şəxsdən avans hesabatına aid xərcləri təsdiq edən bütün sənədlərin (NKA çekləri, qaimə-fakturalar, biletlər, qəbzlər və s.). təhvil alınması;
  • Avans hesabatına əlavə edilmiş sənədlərin, avansın təyinatı üzrə xərclənməsinin və avans hesabatının özünün düzgünlüyünün yoxlanması, imza edilməsi və təsdiq edilməsi üçün baş mühasibə təqdim etmək;
  • Müvafiq əməliyyatları 1C proqramına daxil etmək;

Tələblər:

  • Ali təhsil (Mühasibat və ya maliyyə ixtisası üzrə);
  • Microsoft Office (Word, Excel) və 1C 8.3 proqramında sərbəst işləməyi bacarmaq;
  • Analitik təhlil etmə qabiliyyəti;
  •  Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq;

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • Korporativ mobil nömrə.
  • Əmək haqqı: Bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.
  • Müraciət qaydaları:
  • CV-nizi hr@superfon.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Avans Hesabı Üzrə Mühasib” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)

PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Bank

07.05.2025 - Bakı

Mühasib

Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

07.05.2025 - Bakı

Keyfiyyətə Nəzarət üzrə Menecer

Starex Keyfiyyətə Nəzarət üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...

Starex

08.04.2025 - Bakı