Qısa məzmun
GreenPlast MMC Mal-material üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Alış sənədləri əsasında, xammal və materialların sistemə işlənməsi;
- Xammal, yarımfabriakt və hazır məhsul anbarı üzrə mədaxil və məxaric, yerdəyişmə sənədlərinin müntəzəm olaraq müvafiq şəxslərdən alınması və düzgün tərtib olunduğuna, sistemə işlənildiyinə nəzarət edilməsi;
- Hesabat ayı bitdikdə əsas xammal-materiallar üzrə faktiki miqdarın qeydiyyata alınması və sonradan təqdim olunan hesabatla tutuşdurulması;
- Mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi;
- Hesabat ayı bitdikdən sonra 1-3 gün müddətində xammal anbarı, yarımfabrikat anbarı, hazır məhsul anbarı və digər anbarlar üzrə hesabatın və müvafiq təsdiqedici sənədlərin alınması və ilkin sənədlər üzrə təhlil edilib yoxlanılması;
- Alınmış ilkin sənədlər və hesabatlar əsasında aylıq material silinməsinin yoxlanılması və bunun üzərində nəzarət edilməsi;
- Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi;
- Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
Tələblər:
- Ali iqtisadi təhsil;
- Kommersiya müəssisələrində (istehsalat sektoruna üstünlük verilir) ən az 3 il iş təcrübəsi;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
- MS Office proqramlarını bilməli;
- Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı.
- Yaş həddi 40 yaşa qədər(BƏY namizəd axtarılır)
- Maaş namizədin təcrübəsindən asılı olaraq mühasibə zamanı bildiriləcək.
Tələblərə cavab verən namizədlər CV –lərini ismayilovarenagp@gmail.com mövzu bölməsinə “Mühasib” qeyd edərək elektron ünvanına göndərə bilırərlər.
Oxşar vakansiya siyahısı:
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...
Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Sumqayıt filialı) vəzifəsi üzrə vakansiya elan edir ...