Qısa məzmun
AGE LLC Direktor köməkçisi vəzifəsi üzrə vakansiya elan edir.
2007-ci ildən davamlı inkişaf yönümündə fəaliyyət göstərən “AGE” MMC müxtəlif sənaye obyektlərinin, tunellərin, körpülərin, yol inşaat işlərinin, su və kanalizasiya sistemlərinin tikintisi layihələrinin həyata keçirilməsi ilə məşğuldur. Tunel qazma işlərində müasir mikrotunel texnologiyasından istifadəsinə görə yatay qazma sahəsində inkişaf etmiş, geniş təcrübəyə malik Azərbaycanda ilk şirkətlərdəndir. Müştərilərinə, ədalətli və bazar rəqabətli qiymətlər üzərindən ən üstün keyfiyyətli, detallara önəm verən və xidmətə fokuslanmış yanaşmalarıyla infrastruktur tikinti xidmətlərini təklif edir.
Əsas tələblərimiz:
- Ali təhsil
- Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə rus və ingilis dili
- Müvafiq sahə üzrə ən az 2 il iş təcrübəsi
- Diqqətli, məsuliyyətli və kollektivlə çalışmağı bacaran
İşin təsviri:
- Şirkətə daxil olan və çıxan sənədlərin qeydiyyata alınması
- Dövlət qurumlarına göndərilən məktubların yazılması
- Aviabiletlərin alınması
- Şirkətə gələn zənglərin və maillərin cavablandırılması
- Görüşlərin planlaşdırılması və təşkili
- İclas və görüşlər zamanı müvafiq qeydlərin tutulması
- Ofis ləvazimatlarının sifariş edilməsi
Şərtlərimiz:
- 5 Günlük iş rejimi (09:00-18:00)
- Nahar şirkət hesabına
- Korporativ nömrə ilə təmin olunma
- Əmək haqqı 800-1000 AZN.(NET)
Maraqlanan və tələblərə uyğun namizədlər CV-lərini hr@age.az e-mail ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...