Qısa məzmun
Ferrum Capital Biznes analitik vəzifəsi üzrə vakansiya elan edir.
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Biznes analitik vakansiyasını elan edir.
Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.
Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.
Kimlər müraciət edə bilər?
- IV kurs bakalavr tələbələri
- Magistr Tələbələri
- Yeni Məzunlar
Hansı özəlliklərə malik olmalıdır?
- Excel üzrə biliklər (orta/yüksək səviyyədə)
- Tableau və ya Microsoft Power BI bilikləri
- Yüksək səviyyədə Azərbaycan və İngilis dili biliyi
- Analitik düşüncə
- Yüksək biznes anlayışı
- Statistik biliklər
- Detallara qarşı diqqətlilik
Biznes analitik nə iş görür?
- Biznes tələblərinin müəyyənləşdirilməsi, planlaşdırılması və monitorinqi
- Şirkət fəaliyyətinə dair məlumatların təhlillinin həyata keçirilməsi
- Əldə edilmiş nəticələrin müvafiq forma üzrə vizuallaşdırılması, gələcək dövr üçün proqnozların verilməsi
- Müştərilərin və biznes mühitini təhlil etməklə məhsullar üzrə təkliflərin araşdırılması
Əlavə məlumat:
- Bazar ertəsi – Cümə: 09:30 – 18:30
- Şənbə: 10:00 – 14:00
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Biznes analitik” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...
Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Sumqayıt filialı) vəzifəsi üzrə vakansiya elan edir ...