Qısa məzmun
Ə/h razılaşma yolu ilə. StudyLab Tələbələrlə iş üzrə administrator vəzifəsi üzrə vakansiya elan edir.
Məndən nə tələb olunur?
Türkiyədə dil kursları, ali məktəbə hazırlıq proqramları, ilk ali təhsil, magistratura və doktorantura təhsili daxil olmaqla, müştərilər üçün xaricdə ən münasib və uyğun təhsil proqramları seçmək, ilkin məsləhətləşmələr vasitəsilə, müraciət edən şəxsləri (potensial müştəriləri) həqiqi müştərilərə çevirmək. Eyni zamanda toplumun məlumatlanmasını təmin etmək və StudyLab mərkəzi ilə əməkdaşlığa cəlb etmək.
Bizə kim lazımdır?
- Yüksək IQ səviyyəsi və dünyagörüşü olan, məqsədyönlü, inkişaf etmək arzusunda olan;
- Əla kommunikator, insanlar ilə ünsiyyət qurmağı sevən;
- Potensial müştəriləri əsl müştərilərə çevirməyi bacaran, satış üzrə peşəkar;
- Türkiyənin təhsil sistemini yüksək səviyyədə bilən mütəxəssis;
- Türk dilini Advanced səviyyədə bilmək (2-ci xarici dil bilənlərə üstünlük verilir);
- MS Office (Word, Excel) proqramları üzrə biliklər
- Tanınmış ali təhsil müəssisəsinin məzunu olmaq;
- Məsuliyyətli, öz iş vaxtını müstəqil idarə edə bilən;
- Xaricdə təhsil sahəsində çalışan namizədlərə üstünlük verilir.
Tapşırıqlar:
- Türkiyədə təhsil bölməsinin bütün xidmət və faəliyyətlərini effektiv şəkildə icrasını təmin və idarə etmək;
- Türkiyədə təhsil bölməsinin illik fəaliyət planını hazırlamaq, həmin plana əsasən fəaliyyətini qurmaq və hesabat vermək;
- Türkiyədə təhsillə bağlı potensial müştərilərə konsultasiya xidmətləri göstərmək və bu konsultasiyaları effektiv şəkildə satışa çevirmək;
- Türkiyədə universitetlərin proqramlarını və yeni partnyorluq əlaqələrini genişləndirmək məqsədi ilə müntəzəm şəkildə araşdırmaq və izləmək;
- Yeni əməkdaşlıqlarla bağlı araşdırmalar edərək təkliflər hazırlayıb rəhbərliyə təqdim və müzakirə etmək;
- Ölkə üzrə keçirilən müvafiq tədbirlərdə StduyLab şirkətini təmsil etmək;
- Yüksək səviyyədə xidmət göstərməsini təmin etmək və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində plan və strategiyalar hazırlamaq və təklif etmək;
- Türkiyədə təhsil, yay məktəbləri, dil kursları və digər aidiyyatı xidmətlərin tanıdılması və müştərilərin cəlb edilməsi istiqamətində fəaliyyət göstərmək;
- Yaranmış və ya yarana biləcək çətinlikləri vaxtında və tam şəkildə aradan qaldırmaq və ehtiyac olduğu halda bu barədə birbaşa rəhbəri məlumatlandırmaq;
- Digər tapşırılan müvafiq vəzifələri yerinə yetirmək;
- Tələbənin təhsil alacağı proqrama uyğun olaraq sertifikat proqramlarının təşkili;
- Türkiyənin ali təhsil müəssisələrinin qəbul etdiyi Beynəlxalq imtahanların satışını (vaxdı- vaxdında satışı təşkil edib hazırlıq proqramlarına yeni qruplar yığmaq) və sınağını təşkil etmək.
- Türkiyənin ali təhsil müəssisələrinin qəbul etdiyi Beynəlxalq imtahanlara qeydiyyat etmək.
- Tələbələrə, əməkdaşlıq müddətində lazımı dəstək və köməklik gösdərmək.(Sənədlərin yığilması, Sertifikat proqramlarına yönləndirmək, … v.b)
Şərtlər:
- Ödəniş: əmək haqqı+ işin nəticələrinə görə bonuslar
- Rahat yerdə yerləşən rahat ofis. Laptop ilə təchiz olunmuş iş yeri;
- Bazar ertəsi – Cümə 10:00 -19:00 / Şənbə 10:00 – 17:00
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi
- Əmək haqqı və bonus qaydalari fərdi olaraq müzakirə olunur.
- İş yeri : “StudyLab” Mərkəz Ofis / Ünvan: Cəlil Məmmədquluzadə 102A, City Point Baku
Müraciət qaydası: elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – TÜRKİYƏDƏ TƏHSİL ÜZRƏ MÜTƏXƏSSİS yazıb CV göndərməklə müraciət edilir.
Son müraciət tarixi: Noyabr 25, 2021
Oxşar vakansiya siyahısı:
Təsvir Excellent subject and curriculum knowledge. Excellent planning and teaching well structured lessons. Resource-based teaching / collecting and organizing subject r ...