Qısa məzmun
Dövlət İmtahan Mərkəzi Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə funksiyaları:
- Təsərrüfat əməliyyatlarının ilkin uçot sənədlərinə əsasən yazılışlarının aparılması
- Sahəsi üzrə əməliyyatların MMUS mühasibat hesablar planı üzrə sintetik uçotu
- Sahəsi üzrə əməliyyatların Müəssisənin gəlir və xərclər mərkəzləri strukturuna uyğun analitik uçotu
- Əməliyyatların yoxlanılaraq əməliyyat registrində uçota alınması (4 eyes principle)
- Müvafiq sahə üzrə büdcə, gəlir və xərclər smetasının proqnozlarının hazırlanmasında iştirak edilməsi
- Sahəsi üzrə hər il arxivdə saxlanılması və ya məhv edilməsi üçün rəhbərliyin nəzarəti ilə sənədlərin yığımını həyata keçirilməsi
- İventarizasiyada iştirak
- Təqdim edilmiş xidmət və mallara görə Hesab-fakturaların və elektron qaimə fakturalarının hazırlanıb göndərilməsi
- Alınan mal və xidmətlərə dair Hesab-fakturaların və alt sənədlərinin yoxlanılması
- ƏDV əməliyyatlarının, habelə ƏDV Depozit hesabının uçotunun və əvəzləşmə hesablamalarının aparılması, gələn və gedən elektron qaimələrə nəzarət.
Tələblər:
- Ali təhsil.
- Yuxarıdakı funksiyaları icra etməklə azı 2 il iş stajı.
- MS Windows, MS OneDrive, MS Office 365 yüksək səviyyədə (xüsusən Outlook, Excell, o cümlədən bulud həlləri və mobil tətbiqləri), Excell-də avtomatlaşmış təhlil və hesabat yığma bacarığı, Avtomatlaşmış mühasibat uçotu proqram təminatından istifadə təcrübəsi.
- Beynəlxalq standartlara görə peşəkar sertifikasiyalar.
- Vergi qanunvericiliyi biliyi ƏDV bəyannaməsinin tərtib və təqdimetmə təcrübəsi.
- Xarici dillər: İngilis.
İş şəraiti:
- Tabeçiliyi – Baş mühasibə
- Full-time, yeni inzibati binada
- Sınaq müddəti – 3 ay
- Əmək haqqı, aylıq gross 1500-2300 (Xalis 1200-1900) manat aralığında
- Tibbi sığorta paketi, ailə üzvləri daxil olmaqla
- Həyat yığım sığortasından istifadə imkanı
Maraqlanan şəxslər iddia etdiyi vəzifənin adını mövzu yerində qeyd etməklə CV göndərə bilər.
Son tarix: 10 noyabr 2021
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Mühasib
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Pro Con İzo Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
1200 — 1500 ₼
Maliyyə mütəxəssisiSuper Toys Maliyyə mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...