Qısa məzmun
AGA Group Havalandırma, isitmə və soyutma sistemləri üzrə mühəndis Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir.
Əmək haqqı: 2000 AZN
İş rejimi: 5 gün, 09:00-18:00
İş yeri: Kaspian Plaza
Son müraciət tarixi: 20.11.2021
Vəzifə öhdəlikləri:
- İstehsal, tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun layihələrin texniki hesablamalarının yoxlanılması;
- Şirkət daxilində mərkəzi havalandırma sistemləri və kondisionerlər ilə bağlı müntəzəm olaraq yoxlamaların həyata keçirilməsi;
- Yoxlamalar zamanı aşkarlanan nasazlıqlar və problemlərlə bağlı müvafiq rəy və göstərişlərin verilməsi;
- Avadanlıqların (yük hesabatlarının) soyutma – isitmə güclərinin, hava miqdarının və diğər texniki parametrlərinin düzgün yoxlanılması;
- Havalandırma, isitmə və soyutma sistemlərinin güclərinin hesablanması və ərazinin sahəsinə uyğun rəy verilməsi;
- Layihələrin yerinə yetirilməsi zamanı, qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə nəzarət
- Sifarişçilərin tələb və istəklərinə uyğun optilmal və iqtisadi səmərəli variantlar seçməklə layihələrinin hazırlanması
- Bölmənin texniki nəzarətində olan bütün avadanlıqların texniki qulluq və periodik baxımlarının izlənməsi və təşkili.Ciler(Chiller), Kondisionerlərin təmiri, quraşdırılması və texniki baxımı
Vəzifə tələbləri:
- Təhsili/ixtisası: Müvafiq sahə üzrə ali, mühəndis
- İş təcrübəsi: müvafiq sahə üzrə 3-5 il
- Dil bilikləri: rus dili, inglis dili
- Kompüter bilikləri: Autocad, MS Office və xüsusi proqram təminatlarında sərbəst işləmə bacarığı
Digər məlumatlar:
Ünvan: Caspian Plaza, C.Cabbarlı 44, Bakı, AZ1065
Vakansiya üçün müraciət qaydası: Müraciət etmək istəyən namizədlər mövzu hissəsində vəzifənin adını qeyd etməklə CV-lərini göndərməlidirlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Ayan MMC İstehsal xəttində nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
QAYO MMC Tekstil meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Texniki dəstək üzrə mütəxəssis (Helpdesk) vəzifəsi üzrə vakansiya elan edir. ...