Qısa məzmun
PASHA Bank Junior Product Owner vəzifəsi üzrə vakansiya elan edir.
Bizimlə Siz əldə edəcəksiniz:
- Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
- Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
- Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
- Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
- Rahatlıq: Sərbəst geyim üslubu (rəsmi tədbirlər istisna)
İşiniz nədən ibarətdir?
- Xüsusi məhsullar üçün “backlog”un yaradılması və prioritetləşdirilməsi;
- Bankın təqdim etdiyi “KPI”lara nail olmaq üçün məhsul və biznes metriklərinin monitorinqi;
- Məhsulun yol xəritəsinin formalaşdırılması və komanda üzvlərinə təqdim edilməsi;
- Biznes tərəfdaşları ilə tələblərin və gözləntilərin icrası üzrə müzakirələrin aparılması;
- Proses zamanı çoxşaxəli funksional məhsul komandasınının işinə nəzarət;
- Müştəriyə sürətli və müntəzəm biznes dəyər yaradan məhsullar təqdim etmək üçün ehtiyacların müəyyən edilməsi;
- Analitik qruplar ilə koordinasiyanın davamlı şəkildə yaxşılaşdırmasına dəstək;
- Digər Məhsul Sahibləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində məlumat mübadiləsi və mümkün dəstəyin göstərilməsi.
Sizdən nə tələb olunur?
- Təhsil: İdarəetmə və ya müvafiq sahə üzrə Bakalavr təhsili
- İş təcrübəsi: Biznes və ya İT sahəsində məhsul inkişafı üzrə 1-3 il
- Xarici dil: İngilis dili
- Kompüter bilikləri: MS Office
Digər:
- Keyfiyyətli rəqəmsal məhsulların yaradılması
- Çoxşaxəli biznes sahələri ilə effektiv əlaqənin qurulması (marketinq, satış, maliyyə, əməliyyat, texnologiya və s.)
- Komandada işləmə və problemləri həll etmə bacarığı
- Konfliktlərin idarə edilməsi
- “Agile” və ya “Design Thinking” üzrə biliklərə sahib olmaq
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlrinizi 2v6.11.20v21-ci ilv tarixinədəvk başlıqdva “Kiçik Məhsul Sahibi” və ya “Junior Product Owner” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlavcaq.
Oxşar vakansiya siyahısı:
Proqramlaşdırma üzrə aparıcı/baş mütəxəssis
AFB Bank Proqramlaşdırma üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
İT Menecer
Saloğlu Fərdi Firması İT Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...