Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 600-700 AZN. Industrial Business MMC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. AR Mülkü məcəlləsini və ƏM bilməlidir.

İş barədə məlumat:

  • Müqavilələrin hüquqi tərəfdən yoxlanması
  • Şirkətə daxil olan hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması
  • Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi
  • Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanması, nümayəndə qismində dövlət orqanlarında və digər təşkilatlarda şirkəti təmsil etməsi
  • Kadrlarların uçotu (HR) ilə əlaqəli sənədləşmələrin aparılması
  • Müdriyyətin verdiyi gündəlik tapşırıqların yerinə yetirilməsi və s

Tələblər:

  • Ali hüquqi təhsili
  • AR Mülkü məcəlləsini və ƏM bilməli
  • Ofis proqramlarında işləmə bacarığı (Word, Excell və.s)
  • Kollektivdə işləmə qabiliyyəti
  • Müqavilələrlə işləmə bacarığı
  • Şirkətdaxili nizam-intizam qaydalarına riayət
  • Xarici dil bilməli (rus və ingilis)
  • İş təcrübəsi: əlaqəli sahədə 1 ildən artıq;

Şərtlər:

  • İş qrafiki: Həftənin 5 günü, saat 10.00-19.00
  • İşə qəbul: AR Əmək Məcəlləci əsasında
  • Mobil rabitə
  • Əmək haqqı: 600-700 manat
  • Müsahibə CV əsasında aparılacaq
  • Ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti, 187A, Ofis 78

Xahiş edirik, mövzu hissəsində “Hüquqşünas” yazaraq, öz CV-lərinizi Azərbaycan dilində (foto ilə) və gözlənilən əmək haqqını qeyd etməklə ang.group@mail.ru e-poçt ünvanına göndərəsiniz.

Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...