Qısa məzmun
CoffeeLea İnsan resursları üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
- Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilmə, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işləmək, sosial sığorta kartlarının açmasını təmin etmək;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
- Əmək kitabçalarında qeydlər aparmaqla qeydiyyatını aparmaq;
- Məzuniyyətlərin verilməsi uçotunu aparmaq və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
- İşçilərin tibbi müayinələrinə (vaxtında və tam) nəzarət etmək;
- Kadrlara olan tələbatını təmin edilməsində (yeni vakansiyalar üzrə işçi axtarışı, daxil olan CV-lərin analizi və müsahibələrin təşkil edilməsi) iştirak etmək;
- İcbari sığorta üzrə aylıq hesabatın təqdim edilməsi və nəzarətdə saxlanılması;
- Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatların təqdim edilməsi;
- İş vaxtının rejiminə riayyət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və ayın sonunda tam məlumatı təqdim etmək.
- Əməkdaşlar tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlr gorunması üçün tədbirlr;
- Qanunvericilik aktlarında və təşkilati-sərəncam sənədlərdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək;
Tələblər:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək;
- Ali təhsilli;
- Bu sahədə minimum 2 il iş təcrübə sahibi olmaq;
- E-gov Elektron Hökumət Portalında işləyə bilmək;
- Azərbaycan və Rus dilini əla bilmək
- Microsoft Office (Word, Excel, Power Point) proqramlarında sərbəst işləmək;
- Ünsiyyət qurma bacarığı;
- Problemləri həll etmə bacarığı;
- Detallara xüsusi diqqətlilik;
İş şəraiti:
- 40 saatlıq iş həftəsi
- Əmək haqqı məbləği namizədin kvalifikasiyasına uyğun olaraq təyin ediləcək
Uyğun gələn namizədlərdən CV-ni məktubun mövzu (subject) yerində “HR Menecer” qeyd etməklə göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...