Vəzifənin rolu:
Bu vəzifənin rolu yüksək keyfiyyətli müştəri xidmətini təmin etməkdir.
Vəzifə öhdəlikləri:
- Müştəri xidmətinin keyfiyyətini təkmilləşdirir, müştəriləri cəlb edir və təbii artımı təşviq edir
- Müştərilərin problemlərini müstəqil olaraq aşkar edib həll edir
- Müştəri əlaqələrinin siyasət və prosedurlarını marketinq strategiyasına uyğun qurur
- Mağaza işçilərinin müştəri əlaqələri təlimatlarının uyğunluğuna nəzarət edir
- Effektiv müştəri loyallığı proqramını yaradır və həyata keçirir
- Müştəri əlaqələrin effektivliyinin və müştəri məmnuniyyətinin artması üçün müştəri əlaqələrin statistikasını və fəaliyyətlərini təhlil edir və nəzarət edir
- Müştəri əlaqələrin büdcəsini düzgün bölüşdürür və bütün xərclərə nəzarət edir
Əsas tələblər:
Təhsil:
- Ali təhsil dərəcəsi Marketinq ixtisası üzrə üstünlükdür
- Müştəri əlaqələri üzrə menecment, Marketinq, Müştəri Analizləri üzrə sertifikatlar
Təcrübə:
- Marketinq sahəsində ən azı 5 il iş təcrübəsi
- Menecer vəzifəsində ən azı 3 il iş təcrübəsi
Professional biliklər:
- Müştərilərə xidmət prinsipləri və təcrübələri haqqında biliklər
- Layihənin idarə olunması
- Səlis Rus dili, İngilis dili orta səviyyədə
- MS Office Proqramları
Professional bacarıqlar və kompetensiyalar:
- İdarəetmə bacarığı
- Analitik düşüncə
- Təşkilati bacarıqlar
- İşgüzar ünsiyyət bacarıqları
- Nəticəyə yönümlülük
- Problem həll etmə
- Qərar vermək bacarığı
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Müştəri Əlaqələri üzrə Menecer” qeyd edərək göndərə bilərlər.