Qısa məzmun
Gulustan Residence Ofis meneceri vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- İş qrafiki – həftənin 6 günü 10:00-dan 18:00-dək
- Əmək haqqı 600-700 manat
- Ofisə daxil olan zənglərin cavablandırılması, qeydiyyata alınması, ziyarətçilərin qarşılanması
- İşlə bağlı məlumatların və problemlərin, hesabat formalarının müvafiq olaraq şifahi, yazılı və elektron şəkildə Rəhbərliyə çatdırılması
- Rəhbərliyin verdiyi bütün tapşırıqların vaxtında yerinə yetirilməsi
- İcarə və digər ödənişlərin toplanılması, ödənilməsinin tələb edilməsi
- Kompleksdə ümumi sahələrin təmizliyinə nəzarət, xadimələrin idarə edilməsi, onların təminatı ilə məşğul olmaq
- Kompleks ərazisini gündəlik olaraq yoxlamaq və Komendantla bu istiqamətdə sıx işləmək
Namizədə tələblər:
- Ali təhsil mütləqdir
- Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi olmalıdır
- Kargüzarlıq qaydalarını bilməlidir
- MS Office proqramlarında əla səviyyədə çalışmağı bacarmalıdır
- Dil bilikləri: Azərbaycan dilini mükəmməl yazılı və şifahi istifadə edə bilməli, Rus dili biliyi vacibdir
- Səliqəli, punktual, xoş görünüşlü, ünsiyyətcil olmalıdır
- İşində məsuliyyətli və dəqiq olmalı
- Verilən tapşırıqları vaxtında icra etməli, iş qrafikinə ciddi əmək etməlidir
- İş təlimatı üzrə prinsipial olmalı, kollektivdə işləməyi bacarmalıdır
- Yaş: 25-30 (xanım namizədlərə aiddir)
Xahiş olunur, qeyri peşə üzrə olan şəxslər tərəfindən bu vəzifəyə aid olmayan CV-lər göndərilməsin.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...