Keyfiyyətin idarəolunması üzrə direktor
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Gilan Tekstil Keyfiyyətin idarəolunması üzrə direktor vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Beynəlxalq və yerli keyfiyyət standartlarının tətbiqini təmin etmək.
  • İstehsal proseslərini yaxından müşahidə edərək, mövcud keyfiyyətə nəzarət təcrüblərini   daima qiymətlədirərək, müvafiq şəkildə düzəliş və yenilikləri təklif etmək.
  • Müəsissədə, layihələrdə, keyfiyyət idarəetmə sisteminin fəaliyyətinin təkmilləşdirilməsinə nəzarət etmək
  • Keyfiyyət idarəetmə sisteminin işini planlaşdırmaq və keyfiyyət ilə bağlı yazılı və əyani təlimatlar hazırlamaq.
  • İstehsalat prosesində məhsulun keyfiyyətinə təsir edən hadisələri təhlil etmək, araşdırmaq və profilaktik tədbirlər təşkil etmək.
  • Keyfiyyət menecmenti sisteminin sənədlərinin işlək vəziyyətində saxlamasına nəzarət etmək.
  • Keyfiyyət göstəriciləri və üsulları ilə bağlı rəhbərlərlə məsləhətləşmələr aparmaq.
  • Keyfiyyət üzrə müvafiq sənədlərin sxemi, məzmunu və təşkili ilə bağlı rəhbərliklə və  idərəetmə komandası ilə birlikdə qərar qəbul etmək.
  • Keyfiyyət menecmenti sisteminin həyata keçirilməsi və onun mütəmadi inspeksiya nəzarəti (daxili audit) üzrə prosedurların təmin edilməsinə nəzarət etmək.
  • Keçirilmiş daxili auidit üzrə hesabatların hazırlanmasına nəzarət etmək, rəhbərlik tərəfindən KMS-in analizi üçün zəruri olan məlumatın yığılması və sistemləşdirilməsi işini təşkil etmək.
  • Standartlara, spesifikasiyalara, texniki şərtlərə, dizayn, texniki və texnoloji sənədlərə, təsdiq edilmiş nümunələrə (standartların), çatdırılma şərtlərinə və müqavilələrin tələblərinə cavab verməyən mal və məhsulların proseslərin qarşısını almaq üçün işləri idarə etmək.
  • Risklərin aradan qaldırılması üçün təklifləri hazırlamaq
  • Fərdi fəaliyyət planını tərtib etmək.
  • Keyfiyyət standartları üzrə işçilərin təlimini və istiqamətləndirilməsini təmin etmək.
  • Müvafiq xidmət və texniki fəaliyyətlərin keyfiyyət standartları ilə uyğunluğuna nəzarət etmək.
  • İstehsalat ilə bağlı statistik məlumatlar toplamaq, təhlil etmək və hesabat hazırlamaq.
  • Şirkətin daxili prosedurlarına uyğun olaraq aylıq istehsal hesabatlarını hazırlamaq.
  • Məhsulun istehsalatının başlanması üçün nümunə götürülməsi, yoxlama həyata keçirilməsi və laboratoriya nəticələri barədə hesabat vermək.
  • Keyfiyyətə nəzarət sisteminin müəyyən edilməsi məqsədilə seçilmiş məhsulun qiymətləndirməsi barədə hesabat vermək.
  • Qrup fəaliyyətlərini mövcud daxili prosedurlara, məxfilik siyasətinə və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirmək.
  • Tələb olunduğu hallarda mövcud olan daxili sistemləri təkmilləşdirmək;
  • Digər departament və qruplarla koordinasiya saxlamaq, həmçinin üst rəhbərlər və qrup işçiləri arasında münasibətləri uzlaşdırmaq.
  • Təşkilatın personalı üçün keyfiyyətin idarə edilməsi üzrə təlimlərini təşkili etmək
  • Şirkətin təşkilatı strukturuna əsasən tabeçiliyində olan işçi heyətini  səmərəli idarə etmək və kadrların inkişafı üçün təkliflər irəli sürmək.
  • Birbaşa rəhbərinə işi barədə hesabat vermək.

Namizədə tələblər:

  • Ali təhsil və ya magistr dərəcəsi
  • Keyfiyyətə Nəzarət sahəsində, rəhbər (idarəetmə) vəzifəsində ən azı 5 ildən az olmayan iş təcrübəsi. İstehsalat üzrə 2 ildən az olmayan təcrübəsi.
  • Yüksək analitik və mütəşəkkillik düşünmə qabiliyyəti.
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı.
  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı, rus dili arzuolunandır.
  • Həftə ərzində 5 günlük iş qrafiki;
  • İş saatı: 09:00-18:00;
  • Nahar şirkət tərəfindən verilir;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq ;

QEYD: Email-in “subject” bölməsinə, vakansiyanın adını yazmağınız xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunur.

Oxşar vakansiya siyahısı:

Baş mexanik

Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

14.11.2024 - Xırdalan

Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi )

Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

07.11.2024 - Hacıqabul

Texniki şöbənin Rəhbəri

CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...

CONCO Engeneering

07.11.2024 - Bakı

Memarlıq üzrə təcrübəçi

PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...

PASHA Property Management

31.10.2024 - Bakı

1500₼
Laçın ərazisi üzrə koordinator

Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...

Aznet Technologies

30.10.2024 - Bakı