Qısa məzmun
Debet Safety MMC Ofis meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Salam.Ofis meneceri vəzifəsini vakansiya kimi yerləşdirmək istəyirik. Aşağıdakı qeyd olunan tələblər:
” Debet Safety ” MMC Fərdi Mühafizə Vasitələri və İşçi geyimləri istehsalı və təchizatı ilə məşğuldur.
İşin təsviri:
- Ofisə yaxınlaşan qonaqları qarşılamaq, yönləndirmək, onları qəbul edəcək şəxsləri məlumatlandırmaq
- Daxil olan zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək
- E-mail və yazışmaları həyata keçirmək, ümumi mailə gələn məktubları cavablandırmaq
- Sənədlərin qəbulu, qeydiyyatı, aidiyyatı üzrə yönləndirmək, poçt və ya kuryer vasitəsi ilə ünvana çatdırılmasını təmin etmək (çap və skan edilməsi və s. bu kimi işlərin görülməsi)
- Sənədlərin tamlığına, sənəd dövriyyəsinə nəzarət, düzgün təsnifləşdirilməsi, çeşidlənməsi, qeydə alınması və düzgün arxivləşdirilməsini təmin etmək
- Ofis üçün tələb olunan ləvazimatların təmin edilməsi üçün sifariş blankalarının hazırlanaraq müvafiq şöbəyə yönləndirmək
- Ofis üçün alınan təsərrüfat və ərzaq mallarının sifarişinə və düzgün alınmasına nəzarət etmək
- Ofis daxili inzibati işlərin görülməsini təşkil etmək və ofisin təmizliyinə nəzarət etmək
- İşlərin prosedur və təlimatlara uyğun şəkildə təşkil edərək icra etmək
- Rəhbərlik tərəfindən verilən tapşırıqların icrası;
Tələblər:
- Ali təhsil üstünlükdür.
- Yaş həddi: 22-35 yaş
- Müvafiq sahədə iş təcrübəsi;
- Kollektivdə işləmək bacarığı;
- Dil bilikləri: Azərbaycan dili və rus dili (ingilis dili arzuolunandır);
- Kompüter bilikləri: Ofis proqramları – Word, Excel, Outlook;
- Ofis avadanlıqları ilə işləmək bacarığı;
- Səliqəli , xarici görünüş, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq.
İş şəraiti :
- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
- Ə/h: 400-500 AZN
- 5 günlük iş həftəsi ( 09:00 – 18:00).
Vakansiyaya müraciət üçün CV-nizi ” Ofis meneceri ” mövzusu ilə hr@debet.az email ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...